Cenevrə gölü, Leman (, ) — İsveçrə və Fransada göl. Alp dağlarındakı göllərin ən böyüyü.Cenevrə gölü// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 220. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.31

Sahəsi Sahəsi 582 km2 , uzunluğu 72 km, ən enli yeri 14 km, dərinliyi 310 m-ədəkdir. 372 m yüksəklikdə, Qərbi Alp və Yura dağları arasında qədim buzlaq dərəsində yerləşir.

Yerləşməsi Sahilləri əsasən hündür və sıldırımlıdır. Rona çayı Cenevrə gölündən keçir; çayın axını göldən çıxdığı yerdə bəndlə tənzimlənir. Cenevrə gölü hövzəsinin çayları qar və buzlaqlardan qidalandığı üçün suyun səviyyəsi yayda qışa nisbətən 1 m-ədək qalxır. Səth suyunun temperaturu yayda 19– 24 °C, qışda 4–5 °C olur. Göl çox mənzərəlidir, iqlimi yumşaq və istidir. Balıqla zəngindir. Gəmiçilik var. Cenevrə, Lozanna, Montrö, Veve (İsveçrə) və Evyanleben (Fransa) kimi şəhəri və kurortlar gölün sahilindədir. Sahilləri boyu avtomobil və dəmiryolları keçir. Turizm inkişaf etmişdir.

Qalereya

Həmçinin bax Alp dağları

İstinadlar

Xarici keçidlər Cenevrə gölü regionu

Kateqoriya:İsveçrə gölləri Kateqoriya:Fransa gölləri Kateqoriya:Dağ gölləri Kateqoriya:Sərhəd gölləri