Freden adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.

Ən hündür nöqtəsi 165 metr təşkil edir. Adanın üzəri çoxillik buzla örtülmüşdür.

Yerləşməsi Ada arxipelaqın şimal-şərqində yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. Yaxınlığında yerləşən ən iri ada Yeva-Liv adası 8,5 km şimal-şərqdə yerləşir. Freden adasından 3 km şimalda Adelaid adası yerləşir. Bu ada Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır.

Təsviri Dairəvi formaya malikdir. Uzunluğu 9 km eni isə 5 km-dir. Üzəri buzla örtülüdür.

Adlanması Ada dəniz işləri üzrə mütəxəssis olan alman Vilhelm Fredenin şərəfinə adlandırılmışdır.

İstinadlar

Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları