Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur  silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə.  Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir. Həmçinin bax: Abdal (dağ) Acıçeşmə dağı Ağaverdi dağı Xarxat dağı Cindağ Dərələyəz silsiləsi

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları