Cəbəllüttariq boğazı () — Atlantik okean ilə Aralıq dənizi arasında su keçidi. Boğaz tarix boyunca ayrı-ayrı xalqlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Daha çox Herkules sütunları və Melkart sütunları adları ilə tanınır. İndiki adının ərəbcədən tərcüməsi Tariqin dağı deməkdir. Afrika ilə Avrasiya materikinin birləşdirir.
711-ci ildə Əməvi xəlifəsi I Vəlidin dövründə sərkərdə Tariq İbn Ziyadın başçılıq etdiyi islam ordusu gəmilərlə "Yaşıl ada" adlandırılan Andalusiyaya daxil oldu. Tariq ibn Ziyad ordusunu dörd gəmidə daha sonralar öz adı ilə adlanan Cəbəllüttariq boğazından qarşı sahilə keçirdi. Bu tarixdən Avropanın cənubunda Kordova xilafəti adlı islam dövləti yarandı.
İstinadlar
Kateqoriya:Afrika boğazları Kateqoriya:Atlantik okeanının boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Aralıq dənizinin boğazları Kateqoriya:Şimali Afrika coğrafiyası Kateqoriya:Avropa boğazları Kateqoriya:Cənubi Avropa coğrafiyası