Məşədi Qasım Hacı Kərim oğlu () — erməni birləşmələrinə qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan.

Həyatı Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb.

Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar.

Məşədi Qasım dərslikdə 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində:

Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı. Erməni-daşnak vəhşiliklərini öz gözləri ilə görən Məşədi Qasım, sonralar Laçınlı Soltan bəyin dəstəsinə qoşulmuş və Qarabağda erməni təcavüzünün qarşısının alınmasında da yaxından iştirak etmişdi.Azərbaycan tarixi. 11-ci sinif. Bakı, "Şərq-Qərb", 2018. səh.51

Ailəsi Şəhid Yasif Kərimov]un babasıdır. El şairi Qəmgin Fəzinin atasıdır. Şəhid Abbas Qasımovun atasının babasıdır.

İstinadlar

Ədəbiyyat Araz Yaquboğlu, "Ömrün şəhidlik zirvəsi", Bakı, "Elm və təhsil", 2012. Səyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006. səh.15–20

Həmçinin bax Rəsullular

Xarici keçidlər

Kateqoriya:Rəsullular Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Şuşada vəfat edənlər Kateqoriya:Şuşada dəfn olunanlar