Münəvvər Mehbalı qızı Əsgərova () — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949).

Həyat və əmək fəaliyyəti Münəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.Əsgərova Münəvvər Mehbalı qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

İstinadlar

Kateqoriya:Culfa rayonunda doğulanlar Kateqoriya:Culfa rayonunda vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Üzümçülər Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:SSRİ üzümçüləri