Narı Əbülfəz qızı Quliyeva () — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Sosialist Əməyi Qəhrəmanı Prezident təqayütçüsü. (1949).
Həyat və əmək fəaliyyəti Narı Quliyeva 10 iyul 1896-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə V. İ. Lenin adına kolxozda başlamış, 1956-cı ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1956-cı ildən Naxçıvan sovxoz-texnikumunda laborant işləmişdir. 1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Sovet İttifaqı Kommunist Partiyası 21-ci qurultayının nümayəndəsi olmuşdur. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Narı Quliyeva 2005-ci ildə Culfa rayonunda vəfat etmişdir.Quliyeva Narı Əbülfəz qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
İstinadlar
Kateqoriya:Culfa rayonunda doğulanlar Kateqoriya:Culfa rayonunda vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Üzümçülər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri