() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Xarici görünüşü Əsas əlamətləri bütün cinsin əlamətlərinə uyğundur. Bədənin uzunluğu 40–50 mm, çəkisi isə 6–12 qramdır. Xəzin rəngi bədənin üst tərəfində açıq sarıdan tünd-boz və qonurvari-boz rəng arasında dəyişir. Bədənin alt tərəfinin rəngi üst tərəfinə nisbətən açıqdır.
Yayılması Arealı Avropa və Asiya ərazisində olan cinsin arealına uyğundur. Səhraları çıxmaq şərti ilə Avroasiyanın hər yerində 60–63 dərəcə şimal en dairəsinə qədər yayılmışdır. Azərbaycanda bu növə Böyük və Kiçik Qafqazda təsadüf olunur.
Həyat tərzi Adi növ olmasına baxmayaraq, sayca çox deyildir. Ağac koğuşlarında, çardaqlarda, yaşayış binalarındakı yarıq və boşluqlarda, ağac kötüklərinin içərisində özlərinə sığınacaq tapırlar. Çoxalma dövründə dişilərdən ibarət fərdlərin miqdarı nadir hallarda 20–30-a çatır. Erkəklər isə adətən bu zaman tək yaşayır, yayın axırlarında isə dişilərə qoşulurlar. İyunda dişi bir bala doğur, bir aydan sonra isə balaları yaşlı fərdlərdən fərqləndirmək çətin olur.
Axşam uçuşları tam qaranlıq düşəndən sonra başlayıb, sübhçağına qədər davam edir. Ağacların arasında qida axtarmağı üstün tuturlar. Oturaqdırlar, yayda yaşadıqları yerlərin yaxınlığındakı mağaralarda, evlərin qızdırılan hissələrində, yoğun ağacların koğuşlarında və s. yerlərdə qışlayırlar. Qış yuxusu zamanı heyvanlar qulaqlarını bellərinə doğru əyir ki, bu zaman onların qulaqlarının dəri çıxıntıları dik qalır. Oktyabr-noyabrda qış yuxusuna gedir, mart-apreldə isə oyanırlar.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Avropa faunası Kateqoriya:Asiya məməliləri Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları