() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Morfoloji əlamətləri Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004,səh 105

Yaşayış yeri və həyat tərzi Ömrünün uzunluğu orta hesabla 4-5 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur. Şirinsu balığıdır. Bu balıq çox dəyişkən növdür. Körpələri heyvani, bitki yemləri ilə qidalanır. Dənizdə isə əsas qidası xərçəngkimilər olur.Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,səh 214.

Yayılması Azərbaycanda yarımnövlə (Lusibarbus laserta cyri) təmsil olunmuşdur. Kür çayının orta və yuxarı axarlarında, Araz çayında, Pirsaatçayda yayılmışdır. Azərbaycandan kənarda isə Tapavaran, Tuman, Çaldır göllərində, eləcə də Atrek və Dəclə çayları hövzəsində yaşayır. H. S. Abbasov, R. V. Hacıyev İxtiologiya. Bakı, 2007

Cinsi statusu və çoxalma xüsusiyyətləri Cinsi yetkinliyə 2-3 yaşında çatır. Dağ çaylarında yaşayanlar daha tez çatır. Kürüsünü Kür çayında mayın əvvəllərindən, dağ çaylarında isə iyulun axırlarından etibarən tökür. Yetişmiş kürünün diametri 1,35 mm olur.3500-15600-a qədər kürü tökür. Kürülər sualtı cisimlərə yapışaraq inkişaf edir. Reproduktivliyin forması kürü şəklində olur. Uzunluğu 14.0-20.0 sm olan balıqlar 3.6 mindən 15.6 minə qədər kürü tökür. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur.

Rasionu Əsasən su cücüləri və onların sürfələri ilə qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını detrit, yosunlar, su cücüləri və onların sürfələri təşkil edir.

Düşməni Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.

Limit faktorları Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.

İnsan həyatına təsiri Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər