() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Botaniki xarakteristikası Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq 1-1,5 sm enində, üzəri boz qınla örtülüdür. Gövdə zəif, 15-20 sm hündürlükdə, yarpaqları 2-4 ədəd yaşıl, tərs-xətvari-neştərşəkilli, küt ucludur. Çiçəkləri ağ rəngdə, bəzən mavi çalarlıdır. Salxım çiçək qrupuna toplanmış çiçəkləri az saylıdır. Çiçək altlığının yarpacıqları 10–12 mm uzunluğunda, iti ucluqlu, uzunsov–ellipsivaridir. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Psixrofitdir, soğanaqla və toxumla çoxalır. Alp qurşağında əriyən qarların ətrafında rast gəlinir. Gilli, daşlı-çınqıllı yamaclarda bitir. Dekorativ bitkidir.

Azərbaycanda yayılması Naxçıvanın dağlıq hissəsində (Ordubad rayonu, Soyuqdağ və Qapıcıq dağları ərazisində).

Sayı və tendensiyası Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Antropogen (əhali tərəfindən yığılması) və ekoloji təsir.

Mühafizə tədbirləri Çox az sahələrdə yayıldığından xüsusi mühafizə tədbirləri görülməlidir. Yasaqlıqlar təşkil edilməli, bərpasının təmin etmək üçün yeni yayılma yerləri axtarılmalıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya florası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər