() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür. Tozcuq erkəkcikdən uzun, sarı rəngdədir; ağızcıq sarı, dar kürəkvari, bütövdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü oktyabr ayına təsadüf edir. Kriptofit (geofit), işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaq və toxumla çoxalır. Kolluqlarda, otlu yamaclarda qruplaşmalar əmələ gətirir. Dağətəyi qurşaqlarda daşlı və qayalı yerlərdə rast gəlinir.
Yayılması Lənkəranın dağlıq hissəsində yayılmışdır.
Sayı və tendensiyası İtmə təhlükəsi altında olan bir neçə mövcuddur, populyasiyanın sayı sürətlə azalır .
Məhdudlaşdırıcı amillər Antropogen amillər (otarılma, tapdalanma, əhali tərəfindən intensiv yığılması populyasiyanın sayının azalmasını sürətləndirir).
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirlərin azaldılması məqsədilə yasaqlıqların təşkili, Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1838-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Asiya florası