Babəli Ağayev () — Lerik Rayon Partiya Komitəsinin birinci katibi.
Həyatı 1932-ci ildə Biləsuvar rayonunda kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali Partiya Məktəbini bitirmişdir
1955–1965-ci illərdə Puşkin rayonunun məktəblərində pedaqoji işdə çalışmışdır. 1965–1968-ci illərdə Puşkin Rayon Partiya Komitəsinin katibi, partiya məktəbinin müdavimi olmuşdur. 1968–1970-ci illərdə Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Lerik RK-nın birinci katibidir.
Azərbaycan SSR Ali Sovetinin ticarət bə əhaliyə məişət xidməti komissiyasının üzvüdür.
Azərbaycan KP təftiş komissiyasının üzvüdür.
Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Lerik seçki dairəsi).
4 övladı var. 87 yaşında vəfat etmişdir.
Mənbə
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Kürdəmir Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Lerik Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri