Ruslan Ağayeviç (Ağa oğlu) Ağayev () — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin birinci katibi.

Həyatı 1932-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1960-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Alma-Ata Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir

1954-cü müəllim, Azərbaycan SSR Nazirlər Soveti yanında Əmək Ehtiyatları İdarəsinin baş mühəndisi, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin şöbə rəisi olmuşdur. 1963-cü ildən Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin təlimatçısı, bölmə müdiri, təşkilat-partiya, işi şöbəsinin inspektoru, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyi sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1975-ci ildən Azərbaycan KP Kürdəmir RK-nın birinci katibidir.

Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvüdür.

Azərbaycan KP MK üzvlüyünə namizəddir.

Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Atakişili seçki dairəsi).

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin birinci katibləri