Qızılgül və bülbül — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Təsviri Əsərdə böyük qızılgül, tumurcuqlar və yaşıl yarpaqlar təsvir olunmuşdur. Birinci yarpaq üzərində punktirin olmaması diqqət cəlb edir. Əsərin digər hissələri isə bir və ya iki qat boya ilə işlənmişdir. Yalnız aşağı tərəfdə budağın yaşıllığı saxlanmışdır. Böyük qızılgülün aşağısında bir bülbül təsvir edilmişdir. Əsər yaxşı vəziyyətdə dövrümüzə çatmışdır..

İstinadlar

Ədəbiyyat Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.

Kateqoriya:Mirzə Qədim İrəvaninin rəsm əsərləri Kateqoriya:XIX əsr rəssamlığı Kateqoriya:Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm əsərləri