Pyaqin yarımadası — Oxot dənizinin şimalında Maqadan vilayəti ərazisində yerləşir. Ərazisində yerləşən burunlar: Pyaqin, Tolstoy, Çornı, Srednı, Vnutrennı, Promejutoçnı, Babuşkina, Yapon və Keytevan. Ən iri çayları: Uste, Perevoloçnaya, 1-ci Şxiperova, 2-ci Şxiperova, 3-ci Şxiperova, İtkilin və Larix. Yarımada Şelixov körfəzi və Oxot dənizinı ayırı. Cənubunda Babuşkina körfəzi və Udaça körfəzi yerləşir. Relyefi əsasən düzəndir. Burada Yamskaya və Nakxancinskaya çökəklikləri yerləşir. Şimalı əsasən dağlıqdır. Burada yarımadanın ən hündür nöqtəsi (1156 m) yerləşir. Digər dağları: Yamskaya (1053 m), Babuşkina (1048 m), Pyaqin (847 m), Sedlo (369 m). Sahillərində dərinlik 150 metrdir. Yarımadanın su altı davamını Yam adaları təşkil edir. Kekurni körfəzində isə Kekurı adaları yerləşir. Xəritə Topoqrafik xəritə Kateqoriya:Maqadan vilayətinin yarımadaları Kateqoriya:Olski rayonu coğrafiyası
Kaynak ve lisans
Kaynak: Wikipedia — Pyaqin yarımadası · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.