Alamo qalası () — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XVIII əsrə aid qalalar Kateqoriya:ABŞ tarixi Kateqoriya:Meksika tarixi Kateqoriya:Texas Kateqoriya:ABŞ-dəki ümumdünya irsi Kateqoriya:Texas inqilabı