Siruz Hüseyn oğlu Abasbəyli () — Azərbaycan Respublikasının rabitə naziri (1992–1997), Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidenti, Rabitə və İnformasiya Texnologiyaları İctimai Birliyinin sədri, akademik.

Həyatı Siruz Hüseyn oğlu Abasbəyli 30 yanvar 1946-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Atası əslən Ordubaddan, anası isə İçərişəhərdəndir. Onun atası İranda bir neçə vəzifədə, habelə İran "Sovneft"də, İran Sovet Bankında, uzun müddət SSRİ-nin İrandakı səfirliyində və SSRİ konsulluğunda işləmişdir. Siruz Abbasbəyli ilk təhsilini mədrəsədə almış, 1953-cü ildə ailəsi ilə Gəncə şəhərinə köçərək 1954-cü ildə orta məktəb təhsilini davam etdirmişdir. 1962-ci ildə səkkizinci sinfi bitirərək Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinə qəbul olmuşdur.

Siruz Abasbəyli 1965-ci ildə texnikum təhsilini başa vuraraq avtomatik telefon stansiyasında (ATS) əmək fəaliyyətinə başlamışdır. İlk dəfə "Azərdövlətlayihə" İnstitutunun ATS-ində montyor işləmiş, bir il sonra "Azneft" Layihələndirilmə İnstitutunun () ATS-inə texnik təyin olunmuşdur. Sonralar isə müxtəlif ATS-lərdə mühəndis işləmişdir. 1966-cı ildə Odessa Dəniz Mühəndisləri İnstitutunun Elektrik mühəndisi fakültəsinə daxil olmuşdur.

Siruz Abasbəyli Mərkəzi Komitədə 1990-cı ilə qədər işləmişdir.

50-dən çox səmərəşdirici təklifləri və ixtiraları qeydiyyatdan keçib.

1970-ci ildə V. İ. Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edilib. Həmin ildə SSRİ-i Xalq Təssərufatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb.

16 iyul 1997-ci ildə Azərbaycan Respublikasının rabitə naziri vəzifəsindən azad edilmişdir.

Rabitə naziri vəzifəsindən azad edildikdən sonra bir müddət Türkiyədə yaşamış və burada, eləcə də Moldova və Rusiyada rabitə sahəsində biznes fəaliyyəti ilə məşğul olmuşdur. Daha sonra Bakıya qayıdaraq dörd ilə yaxın müddət ərzində Azərbaycan Texniki Universitetində müəllim vəzifəsində çalışmışdır. Sonrakı dövrdə elmi fəaliyyətini davam etdirmiş, 2012-ci ildə Moskva Beynəlxalq Rabitə Akademiyasının akademiki seçilərək diplom və fəxri fərmanla təltif olunmuşdur.

Siruz Abasbəyli həmçinin bəstəkarlıqla məşğul olmuşdur. Onun "İlk məhəbbət", "Xoşbəxtəm", "Ulduzum", "İçərişəhər", "Tanıdım səni" mahnılarının və bir neçə lirik musiqinin müəllifidir. Xüsusilə Nisə Qasımovanın ifa etdiyi "Son zəng" mahnısı populyarlıq qazanıb.

İstinadlar

Xarici keçidlər 20px|link=YouTube Elçibəyin naziri Heydər Əliyevin tapşırığı üçün İrana niyə keçdi? — SENSASİYA

Kateqoriya:Azərbaycanın rabitə nazirləri