Çay Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun Qurbançı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Çay Qurbançının əhalisi türk mənşəlidir. Əsasən heyvandarlıqla məşğul olmuşdur. Çay Qurbançının əvvəli Qurbançı kəndi yaxınlığında olan Şəhərgahla əlaqəlidir. Çay Qurbançının Molla İsa qəbiristanlığı vardır. Bu qəbiristanlığın olması burada uzun müddət yaşayış olduğunu göstərir. Qurbançı kəndi təqribən 200 il əvvəl buradan köçən əhali hesabına formalaşmışdır. Sovetlər vaxtı (təqribən 1930-cu illərdə) Çay Qurbançı ayrıca kolxoz olmuşdur.

Toponimikası Etnotoponimdir. Oykonim çay və Qurbançı (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Qurbançı kəndi" mənasındadır.

Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 65 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qobustan rayonunun kəndləri