Çirpoy adası () — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil olan Çornıye Bratya adalarının tərkib hissəsini təşkil edən ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Brat-Çirpoev adasından Snou boğazı ilə ayrılır. Andezit-bazaltdan təşkil olunmuş adanın ən hündür nöqtəsi 691 metr olan Çirpoy dağıdır. Ərazisində iki fəaliyyətdə olan vulkanlar vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m).

Həmçinin bax Çornıye Bratya adaları

Mənbə Vulkanlar

Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Saxalin vilayəti adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları