Çornıye Bratya adaları () — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil 3 adadan ibarət olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalar qrupu Brat-Çirpoev, Çirpoy və elə də böyük olmayan qayadan ibarət olan Dəniz Samuru adasından ibarətdir. Çirpoy və Brat-Çirpoev adalarını Snou boğazı ayırır. Qrupun ümumi sahəsi 37 km² təşkil edir. Adaların ətrafında dəniz şirlərinin yerləşim yerləri və quşların kütləvi yuva qurduğu əraxilər vardır. Çirpoy adasında iki fəaliyyətdə olan vulkan vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m). Adalar ilk dəfə 1770-ci ildə İvan Çornoyevin jurnalında qeyd edilmişdir. 69 km şimal-şərqdə yerləşən Simuşir adasından Bussol boğazı, 30 km cənub-qərbdə yerləşən yerləşən Urup adasından isə Urup boğazı ilə ayrılır. Adalar qrupundaan 30 km cənub-qərbdə Brouton adası yerləşir.
Mənbə Adaların təsviri. Xəritə. Şəkillər. Chirpoi at Global Volcanism Program
Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Saxalin vilayəti adaları Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar