5 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. 3 dəfə (1992, 2005 və 2009-cu illərdə) dövriyyəyə buraxılmışdır.

Tarixi 5 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin dekabr ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdırMüstəqillik dövrü pulları . azerbaijans.com . 5 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar MikayılzadədirMilli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam . azadliq.org, 21.08.2012 . O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 5 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az , 2005-ci ildə yeni 5 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 5 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.

Mövzusu Hazırda dövriyyədə olan 5 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdurDövriyyədə olan əskinaslar — AZN . cbar.az .

Təsviri thumb|İlk əsginas üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti İlk 5 manatlıq əsginasın ön tərəfinə Qız qalasının təsviri ilə yanaşı arxa fon təsvirləri də verilmişdir. Əsginasın arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üst tərəfində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuş, nominalın adı ortada sözlə verilmişdir.

Ağ kağızda, əsas rəngi narıncı olmaqla 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların ön tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça verilmişdir. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. thumb|300px|center|5 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası thumb|Əsginasın üzərində olan Orxon-Yenisey əlifbası ilə yazılar Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon-Yenisey əlifbası və müasir Azərbaycan yazısı verilmişdir.

Bu iki əsginasın əsas fərqi belədir: 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2009 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır. 2009-cu ildə bu əsginasların yenidən buraxılmasının əsas səbəbi elə həmin il Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər olmuşdur. Belə ki, 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavələr və dəyişikliklərlə bağlı olaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddənin II hissəsində "Milli" sözü "Mərkəzi" sözü ilə əvəz edilmişdir"2009-cu il martın 18-də keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi barədə" Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının 30 mart 2009-cu il tarixli, 19/86 nömrəli Qərarı ("Azərbaycan" qəzeti 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 03, maddə 158). Hansı ki, bu Azərbaycan Milli Bankının adının dəyişdirilərək Azərbaycan Mərkəzi Bankı adlandırılması deməkdir.

Ölçüləri İlk 5 manatlıq əsginasın ölçüləri 125×63 mm idiDövriyyədən çıxarılmış əskinaslar — AZM . cbar.az .

2005 və 2009-cu illərdə dövriyyəyə buraxılmış 5 manatlıq əsginasların ölçüləri isə 127×70 mm-dir.

Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 5 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşduAdlarını pula yazdıranlar . buro247.az . 2005 və 2009-cu illərdə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehrli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

Həmçinin bax Azərbaycan manatı 5 manatlıq sikkə

İstinadlar

Xarici keçidlər

Pul. preslib.az 5 manatlıq əskinaslara edilən dəyişiklik uğurlu deyil

Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:5-lik əsginaslar