250 manatlıq əsginas — Azərbaycanda 1992-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1992-ci ildə) dövriyyəyə buraxılmışdır.

Tarixi 250 manatlıq əsginaslar yalnız bir dəfə – 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 250 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdirMilli pulun tarixi (FOTOLAR) . modern.az, 15.08.2011 Manat 24 yaşa çatdı . transparency.az, 15.08.2016 . 250 manatlıq əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar MikayılzadədirMilli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam . azadliq.org, 21.08.2012 . O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az .

Təsviri thumb|Əsginasın üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti Əsginas sadə dizayna malik olmuşMüstəqillik dövrü pulları . azerbaijans.com , ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur.

Ölçüləri 250 manatlıq əsginasın ölçüləri 125×63 mm idiDövriyyədən çıxarılmış əskinaslar - AZM . cbar.az .

Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Bu əsginasda su nişanı - üç alov təsvir olunmuşduAdlarını pula yazdıranlar . buro247.az .

Həmçinin bax Azərbaycan manatı

İstinadlar

Xarici keçidlər

Pul. preslib.az

Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:250-lik əsginaslar