Mirzə Məhəmmədəli xan Mirzə Məsih oğlu Fərzin (1878-1941)—Qacarlar dövrünün diplomatı.

Həyatı

Mirzə Məhəmmədəli xan Mirzə Məsih oğlu 1878-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən İsfahanlıdır. Mükəmməl mədrəsə təhsili almışdı. İngilis və fransız dillərini bilirdi.

Mirzə Məhəmmədəli xan Fərzin İran Milli məclisinin vəkili olmuşdu. O, İranın Almaniya və Əfqanıstanda vəziri-muxtarı (səfiri) vəzifəsində çalışmışdı.

Mirzə Məhəmmədəli xan Fərzin 1941-ci ildə vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:İran diplomatları Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İranın Almaniyadakı səfirləri Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:Farslar