thumb|240px|Kanin mayakı Kanin yarımadası — Nenets Muxtar Dairəsi ərazisinə daxil olan. Barens dənizinin Çyoş buxtası ilə Ağ dənizi arasında yerləşir. Doqquz min il əvvəl Kanin yarımadası Kande Nos adası olmuşdur. Vaxtı ilə ada ilə materik arasında olan boğaz qumla dolmuş və ada yarımadaya çerilmişdir.
Yarımadanın sahəsi 10,5 min. km², şimaldan cənuba uzunluğu 300 km-dir. Yarımdanın şimal sahəsinin böyük hissəsini Kanin Kamen tirəsi təşkil edir. Tirə çimal-qərbdən cənub-şərqə doğru uzanır.
Yarımadanın maksimal hündürlüyü 242 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos adlanır.
Yarımadan çoxlu sayda çaylar axır. Ağ dənizə tökülənlər: Syomja, Mqla, Nes, Çija, Kiya, Şoyna və Mesna Mezçina, Barens dənizinə tökülənlər: Krestovaya, Jemçujnaya, Rıbnaya, Dvoynik, Moskvina, Qubistaya, Pesçanka və Vijas.
Yaşayış məntəqələri: Nes, Konişun Nos, Çija, Kiya, Şoyna, Kanin Nos, Yajma, Vostoçnaya Kambalnisa və Mikulin Nos. Yarımada əhalisinin əsasını Nenlər və Ruslardır. İqlimi sərtdir. Subarktikdir. İstinadlar
Ədəbiyyat Григорьев С. Г. Полуостров Канин: (с двумя картами, рисунками и карточками в тексте) / С. Г. Григорьев // Труды Географического Научно-Исследовательского Института при Физико-Математическом Факультете 1-го Московского Государственного Университета. Т. 1. М.: МГУ, 1929. М. М. Пришвин «Канина отмель», «Свидание у Канина носа»
Mənbə Kanin yarımadası Полуостров Канин: с двумя картами, рисунками и карточками в тексте / С. Г. Григорьев Kanin yarımadası, qərb sahili
Kateqoriya:Barens dənizinin yarımadaları Kateqoriya:Nenets Muxtar Dairəsi yarımadaları