Aşıq Əvəz Fərmanoğlu () — Azərbaycanlı aşıq.
Həyatı Aşıq Əvəz Fərmanoğlu 1938-ci il 11 sentyabrda Qobustan rayonununda anadan olmuşdur. Ailədə yetim böyüyən Əvəzin aşıq sənətinə çox böyük meyli olmuşdur. 16 yaşında Şamaxı şəhərində yaşayan Aşıq Hacalı Hacıyevin yanına aşıq təhsilini almağa yola düşmüş, 5 il H.Hacıyevin yanında aşıqlıq sənətinin incəliklərini öyrənmişdir. Təhsilini bitirdikdən sonra öz evinə qayıtmış və aşıqlığa başlamışdır. Aşıq Əvəzin bir çox tələbəsi olmuşdur. Bunlardan Aşıq Mahmud Ələsgər oğlu, Əvəzxan Xankişiyev, Balayar Qaçayev və s.
Aşıq Əvəzin hələ də dillərdə əzbər olan bir çox ustadnamələri və tərifnamələri vardır. Övladları — Aşıq Hidayət Əvəzoglu, Aşıq Həmzə Əvəzoğlu və Tünzalə Əvəzqızı da hazırda atalarının sənət yolunu davam etdirirlər.
Mahnıları Dağlar qoynunda (Söz-Koroğlu dastanı Musiqi:Əvəz Hacıyev) Tələbəlik illəri (Söz:Kərim Ordubadlı Musiqi:Əvəz Hacıyev)
İstinadlar
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Qobustan rayonunda doğulanlar Kateqoriya:Qobustan rayonunda vəfat edənlər Kateqoriya:Qobustan rayonunda dəfn olunanlar