— 2004-cü ildə çəkilmiş tokusatsu filmi "Kyuti Hani", eləcə də Qo Naqay tərəfindən 1970-ci illərdə hazırlanmış "Cutie Honey" manqası əsasından çəkilmiş 3 seriyadan ibarət anime OVA. Anime serialı Gainax və Toei Animation-un birgə əməkdaşlığı ilə çəkilmiş, rejissoru Hideaki Anno olmuş və 2004-cü ildə Animax peyk televiziyası vasitəsilə yayımlanmışdır. Animenin ilk seriyası filmin göstərilməsindən 2 ay sonra ekranlara buraxılmışdır. Hər seriya üçün DVD adaptasiya hazırlanıb buraxılmışdır (ilki 21 sentyabr 2004-cü ildə). Anime serialı manqa ilə eyni hekayəni bölüşür, amma manqadan fərqli olaraq çılpaqlığa və əlavə personajlara yer verilmişdir.

Məzmun Panter pəncəsi () kimi tanınan sirli təşkilat Tokionun mərkəzində bir neçə terror aktları həyata keçirir. Polislər terror aktlarını dayandırmaq istəsələr də, bunu bacara bilmirlər. Lakin hər dəfə kospley kimi geyinmiş sirli bir qız peyda olur və polislərə kömək edərək terrorçuların planlarına əngəl olur. Bu qız professor Kisaraqinin məhsulu olan Hani Kisaraqidir. Maskalanma ustası olan Hani geyimini tez dəyişdirə bilir. Boğazındakı ürək formalı düyməyə basmaqla Hani yarıçılpaq, sevgi və ədalətin döyüşçüsü Kyuti Haniyə çevrilir.

Personajlar Müsbət personajlar

Kisaraqi Hani Tokioda bir ofisdə işləyir. O, bir androiddir, atasını öldürən Panter pəncəsindən intiqam almaq istəyir. Əsas silahları bumeranq, rapira, nizə və sevgi gücüdür.

Hayami Seyci özünü bir qəzetdə işləyən jurnalist kimi təqdim edir, amma əslində texnologiya və Kyuti haqqında çox şey bilir. Daim Kyutini izləyir, Kyutinin təhlükəli olacağı halda onu öldürməyə hazırdır.

İnspektor Natsuko Aki Panter pəncəsini cəzalandırmaq istəyir. O, odlu silahlarla əla davranır, qorxmazdır, hətta güllə yağışından da qorxmur.

"Nənə" kimi tanınır. Haninin işlədiyi ofisdə süpürgəçidir, həmişə Haniyə oniqiri hazırlayıb gətirir. Nənənin yeməyi ən yaxşıdır, çünki sevgi ilə hazırlanır.

Panter pəncəsi

Qızıl pəncə Haninin üzləşdiyi ilk güclü düşməndir. Silahlı və zirehli olduğundan Hani ona qalib gəlmək üçün zirek olmalı idi. Qızıl pəncənin əlaltıları Dağıdıcı panter, Həkim panter və Çərçivə panterdir. Birinci seriyada Kyuti Hani tərəfindən öldürülmüşdür.

Kobalt pəncənin bir cüt çıxıntısı var və bu çıxıntıları uzadaraq düşməni çevrələyə bilər. Kobalt Siter Cillə gücünü göstərməkdən və Kyuti Hani ilə döyüşməkdən ləzzət alır. O, Qırmızı pəncə tərəfindən öldürülmüşdür.

Qırmızı pəncə kiçik boyludur, əlindəki çətiri ilə düşmənlərə hücum edib onlara xəsarət verir. Qırmızı pəncə xalqı Kyuti Haniyə qarşı çevirə bilmişdi. Qırmızının əlaltıları Tank panter, Bazuka panter və Səma panterdir. İkinci seriyada Kyuti Hani tərəfindən nizə ilə öldürülmüşdür.

Qara pəncə hücumlarında mikrofonla güclü səs dalğalarından istifadə edir. Nə qədər çalışsa da, Qara pəncə Sister Cillin istəklərini başa düşmür. Üçüncü seriyada Kyuti Hani tərəfindən ortadan ikiyə bölünərək öldürülmüşdür.

Sister Cill Panter pəncəsinin lideridir. Dörd tanrı onun üçün fəaliyyət göstərir. Əsas silahı kölgə əlləri çağıra bilən qamçısıdır. Üçüncü seriyada ölmüşdür.

İstehsal Anime serialının içərisində "Seylor Mun", "Lupin III" animelərinə, eləcə də "Bili öldür" filminə bir çox istinad vardır. Animedə Qo Naqayın digər işlərindən kameolar görmək olar: "Devilman"dan Akira Fudo, "Mazinger Z"dən Kouci Kabuto və Boss, "Grendizer"dən Duk Flid və Danbey.

Hər bir seriya müxtəlif rejissorlar tərəfindən çəkilmişdir. Gainax-ın fan-saytlarından biri olan "Gainax Pages" saytında bir tənqidçi bildirmişdi ki, hər seriya özünəməxsus stili ilə fərqlənir.

"Re: Cutie Honey" animesində Kyuti Hani "New Cutie Honey" və "Cutie Honey Flash" animelərindən fərqli olaraq (bu animelərdə yaşıl gözlü idi) 1970-ci illərin manqasında olduğu kimi tünd qırmızı gözlərə malik idi. Həmçinin əvvəlki versiyalardan fərqli olaraq bu animedəki geyimi döşlərini daha çox, göbəyini isə daha az örtür.

Açılış mahnısı kimi (həm də filmdə) Koda Kumi tərəfindən ifa olunan "Cutie Honey" mahnısından istifadə olunmuşdur. Koda Kumi tərəfindən ifa olunan "Into your Heart" mahnısı isə bağlanış mahnısı olmuşdur.

Media Seriya Anime serialının 3 seriyasından ibarət DVD 21 sentyabr 2005-ci ildə yayımlanmışdır. Bu komplektə Kyuti Hanini əvvəlki seriallarda səsləndirmiş aktrisaların iştirakı hazırlanmış CD Drama da daxil idi: Eyko Masuyama (yetmişinci illərin serialı), Miçiko Neya ("New Cutie Honey"), Ay Naqano ("Cutie Honey Flash") və Yui Horie ("Re: Cutie Honey").

Seriyalar Səma cildi Yer cildi İnsan cildi Harmoniya cildi (CD drama)

Qəbul Animenin vizual görünüşü müxtəlif rəylər almışdır: Anime on DVD əvvəlki versiyalarla müqayisədə yeni qrafikaların "Kyuti Hanini həyata qaytardığını" açıqlamışdır. Lakin "Japan Hero" saytındakı bir rəydə anime "təhrif olunmuş", "zövqsüz" adlandırılmışdı. Buna baxmayaraq, anime serialı hələ də hekayəsinə və musiqisinə görə "yaradıcı, əyləncəli, darıxdırmayan" hesab edilir.

İstinadlar

Xarici oxu

Xarici keçidlər

Kateqoriya:2004-cü ilin anime OVA-ları

Kateqoriya:Gainax Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Maho-şoco anime və manqaları Kateqoriya:Yuri anime və manqaları