Azərbaycan — 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan X Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 16-25 avqust tarixlərində baş tutan X Yay Paralimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Tarixdə birinci dəfə Paralimpiya Oyunlarında mübarizə aparan Azərbaycan, turniri medalsız başa vurdu.
Nəticələri Pauerliftinq
X Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirlər 20-24 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil etdi: Gündüz İsmayılov. Komandanın baş məşqçisi isə Vaqif Musəddiq idi.
Kişilərin turnirində mübarizə aparan Gündüz İsmayılov ümumi nəticədə 170 kiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
İdmançıYarışNəticəYerGündüz İsmayılov -67.5 Kq.1707
Yüngül atletika
X Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turnirləri 16-25 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil etdi: Aleksandr Antofi. Komandanın baş məşqçisi isə Zahir Abdullayev idi.
Kişilərin marafon turnirində mübarizə aparan Aleksandr Antofi, 3:00:44 saat nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarıı dördüncü pillədə başa vurdu.
İdmançıYarışNəticəYerAleksandr AntofiMarafon, T42-T463:00.444
Həmçinin bax Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:Azərbaycan Paralimpiya Oyunlarında Kateqoriya:1996-cı ildə Azərbaycanda idman