Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 7–18 sentyabr tarixlərində baş tutan XV Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə 6 idman növü üzrə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası XV Yay Paralimpiya Oyunlarını 11 medalla (1 qızıl, 8 gümüş və 2 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramil Qasımov (qızıl), Bayram Mustafayev (gümüş) və Rövşən Səfərov (bürünc), yüngül atletlər Yelena Çebanu (2 gümüş və 1 bürünc), Kamil Əliyev (gümüş) və İradə Əliyeva (gümüş), həmçinin üzgüçülər Roman Saleh (2 gümüş) və Dmitri Saleh (gümüş) qardaşları medala sahib oldu.

XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 48-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.

Medalçıların siyahısı Azərbaycan Milli Paralimpiya Komandası XV Yay Paralimpiya Oyunlarını 11 medalla (1 qızıl, 8 gümüş və 2 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Ramil Qasımov Paralimpiadanın qalib oldu.

Cüdo üzrə Azərbaycan yığması turniri bir dəst medalla başa vurdu. Yüngül atletlərdən ibarət yığma dörd gümüş və bir bürünc medala, üzgüçülərdən ibarət yığma isə üç gümüş medalla sahib oldu.

Üç medala sahib olan yüngül atlet Yelena Çebanu, bir Paralimpiada da üç medala sahib olan birinci Azərbaycan idmançısı oldu.

MedalMedalçıİdman növüYarışTarix25x25pxRamil QasımovCüdoKişilər, −73 Kq.9 sentyabr25x25pxBayram MustafayevCüdoKişilər, −66 Kq.8 sentyabr25x25pxYelena ÇebanuYüngül atletikaQadınlar, 100 m., T129 sentyabr25x25pxKamil ƏliyevYüngül atletikaKişilər, uzunluğa tullanma, T1210 sentyabr25x25pxYelena ÇebanuYüngül atletikaQadınlar, uzunluğa tullanma, T1213 sentyabr25x25pxDmitri SalehÜzgüçülükKişilər, 100 m. brass, S1225x25pxRoman SalehÜzgüçülükKişilər, 100 m. arxası üstə, S1215 sentyabr25x25pxDmitri SalehÜzgüçülükKişilər, 50 m. sərbəst, S1217 sentyabr25x25pxİradə ƏliyevaYüngül atletikaQadınlar, nizə atma, F12/1325x25pxRövşən SəfərovCüdoKişilər, −81 Kq.9 sentyabr25x25pxYelena ÇebanuYüngül atletikaQadınlar, 200 m., T1212 sentyabr

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Cüdo1112.Yüngül atletika0413.Üzgüçülük030

İdmançılar üzrə medal sıralanması #İdmançı18x18px18x18px18x18px1.Yelena Çebanu2102.Dmitri Saleh020

Komandanın yolasalma mərasimi 2016-cı il iyulun 18-də Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları və XV Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu. Mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, yunan-roma güləşi üzrə Dünya Çempionatının qalibi Rəsul Çunayev və Paralimpiya Oyunlarının qalibi İlham Zəkiyev çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli Sərəncamına əsasən Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XV Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.

Milli Paralimpiya Komitəsinin üç lisenziyadan imtina eləməsi thumb|192x192px|Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Mariya Zaxarova Kütləvi surətdə dopinqdən istifadə etdiyi üçün XV Yay Paralimpiya Oyunlarına qatılmaqdan məhrum olunan Rusiya idmançılarının qazandığı lisenziyalar turnirə qatılan digər dövlətlərin arasında bölündü. Azərbaycana isə üç lisenziya verildi. Lisenziyalar London Paralimpiadasının qalibi olan cüdoçu Afaq Sultanovaya, London Paralimpiadasının bürünc medalına sahib olan yüngül atlet Hüseyn Həsənova və cüdoçu Ramin Əliyevə təqdim olundu. Hətta Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən həmin idmançılar üçün aviabiletlərdə sifariş olundu.

Paralimpiadanın startına bir neçə gün qala isə Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi Rusiya idmançılarının XV Yay Paralimpiya Oyunlarına qatılmaqdan məhrum olunmasının ədalətsiz qərar olduğunu və Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən verilən üç lisenziyadan imtina edəcəyini bildirdi.

Gənclər və idman naziri Azad Rəhimov lisenziya qazanmayan idmançıların Paralimpya Oyunlarına qatılmasının düzgün olmadığını bildirdi.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat Katibi Mariya Zaxarova isə Azərbaycana tərəfinə Rusiya paralimpiyaçılarından götürülən lisenziyalardan imtina etdiyi üçün minnətdarlığını bildirdi.

Komandanın heyəti thumb|325x325px|alt=|Azərbaycan Milli Paralimpiya Komandası XV Yay Paralimpiya Oyunları zamanı|left Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 22 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiya Oyunlarında 21 idmançı ilə təmsil olundu. Komandanın heyətində 36 idmançıdan 5-i qadın idi. Bundan əvvəl 2012-c ildə baş tutan turnirdə də Azərbaycanı 5 qadın idmançı təmsil edirdi.

Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 12 nəfər və cüdoçular — 7 nəfər yer aldı.

Komandanın heyətində 22 idmançıdan 10 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 12 idmançıdan 4 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri İlham Zəkiyev (cüdoçu), Ramin İbrahimov (cüdoçu), Oleq Panyutin (yüngül atlet) və Oloxan Musayev (yüngül atlet).

Komandanın heyətində milliləşdirilən idmançılar da var idi. Dörd il əvvəl London şəhərində (Birləşmiş Krallıq) baş tutan Paralimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində milliləşdirilən idmançı yer almamışdısa, bu səfər bu idmançıların sayı dörd idi — üzgüçülər Dmitri Saleh və Roman Saleh (Belarusdan), yüngül atlet Yelena Çebanu (Ukraynadan) və pauerliftinqçi Əhməd Rəzm Azər (İrandan). Milliləşdirilən idmançılardan Yelena Çebanu 2 gümüş və 1 bürünc medala, Dmitri Saleh 2 gümüş medala, Roman Saleh isə 1 gümüş medala sahib oldu.

Komandanın ən gənc üzvü 20 yaşlı cüdoçu Səbinə Abdullayeva, ən yaşlı üzvü isə 55 yaşlı atıcı Yelena Taranova oldu.

Azərbaycan bayrağını XV Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2004 və 2008-ci illlərdə Paralimpiadanın qalibi olan cüdoçu İlham Zəkiyev apardı. Azərbaycan Milli Paralimpiya Komandasının heyəti

Nəticələri

Atıcılıq

Q = Növbəti mərhələyə vəsiqə qazandı

345x345px|2000–2016-cı illərdə baş tutan beş Paralimpiya Oyunlarında mübarizə aparan veteran idmançı, 55 yaşlı Yelena Taranova|thumb Rio-de-Janero Paralimpiadasında atıcılıq idman növü üzrə turnir 8–14 sentyabrda Milli Atıcılıq Zalında baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı — 2000-ci il Sidney Paralimpiadasında gümüş medala, 2004-cü il Afina Paralimpiadasında isə bürünc medala sahib olan Yelena Taranova təmsil etdi. Atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisi Əfqan Əhmədov idi.

Sentyabrın 9-da Yelena Taranova Rio-de-Janero Paralimpiadasında mübarizə apardı. 10 metr məsafəyə SH1 növündə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 370 xal topladı və 20 idmançı sırasında beşinci pillənin sahibi oldu. Bununla da Taranova final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində isə Yelena Taranova 148.8 xal topladı və Rio-de-Janero Paralimpiadasını dördüncü pillədə başa vurdu.

Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmədi. Yelena Taranova 25 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 560 xal topladə və 13-cü pillənin sahibi oldu. 50 metr məsafəyə SH1 növündə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə Yelena Taranova 502 xal topladı və 27-ci pillənin sahibi oldu. Bununla da Yelena Taranova XV Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu. İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerQadınlarYelena Taranova10 m., hava tapança, SH13705 Q148.8425 m., tapança, SH156012N/A50 m., tapança, SH150227N/A

Cüdo

Qəl. = Qalib gəldi Məğ. = Məğlub oldu

thumb|285x285px|alt=|Bayram Mustafayev (ağ geyimdə) və Özbəkistan nümayəndəsi Utxirjon Niqmatov (göy geyimdə) Rio-de-Janero Paralimpiadasının qızıl medalı uğrunda mübarizə aparan zaman XV Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnir 8–10 sentyabrda Rio Sərgi Zalında baş tutdu. Azərbaycanı bu idman növü üzrə yeddi cüdoçu təmsil etdi. 2004 və 2008-ci illərdə Paralimpiya Oyunlarının qalibi olan İlham Zəkiyev, 2012-ci il London Paralimpiadasının qalibi Ramin İbrahimov, Dünya və Avropa Çempionatının qalibləri Bayram Mustafayev, Ramil Qasımov və Rövşən Səfərov, I Avropa Oyunlarının finalçısı Səbinə Abdullayeva, həmçinin Kənan Abdullaxanlı. Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi İbrahim İbrahimov, məşqçisi isə Əhməddin Rəcəbli idi.

Sentyabrın 8-də Rio-de-Janero Paralimpiadasında Ramin İbrahimov və Bayram Mustafayev mübarizə apardı. 60 Kq. turnirində çıxış edən 2012-ci il London Paralimpiadasının qalibi Ramin İbrahimov 1/8 final mərhələsində Argentina nümayəndəsi Eduardo Qauto ilə üz-üzə gəldi. Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan cüdoçusu Anuar Sarıyev oldu. Həmin görüşdə də Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi Şerzod Namazov oldu. Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Amma bu görüşdə də Ramin İbrahimov məğlub oldu. Görüşdə Monqolustan cüdoçusu Bolormaa Uuqanxuuya ipponla qalib gəldi. Bununla da 38 yaşlı Ramin İbrahimov XV Yay Paralimpiya Oyunlarını beşinci pillədə başa vurdu.

66 Kq. turnirində mübarizə aparan Dünya və Avropa Çempionatının qalibi Bayram Mustafayev isə 1/4 final mərhələsində Braziliya nümayəndəsi Halison Oliveyra Boto ilə üz-üzə gəldi və rəqibinə qalib gəldi. Yarım-final mərhələsində onun rəqibi Yaponiya cüdoçu Satoşi Fujimoto oldu. Həmin görüşdə Bayram Mustafayev rəqibinə ipponla qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşündə onun rəqibi Özbəkistan nümayəndəsi Utxirjon Niqmatov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə Bayram Mustafayev rəqibinə ipponla məğlub oldu və XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.

thumb|328x328px|alt=|Ramil Qasımov (ağ geyimdə) Ukrayna nümayəndəsi Dmitri Soloveyu Utxirjon Niqmatov (göy geyimdə) ippona salıb, Rio-de-Janero Paralimpiadasının qızıl medalı sahib olan zaman|left Sentyabrın 9-da isə Ramil Qasımov, Rövşən Səfərov və Səbinə Abdullayeva mübarizə apardı. 73 Kq. turnirində mübarizə aparan Dünya və Avropa Çempionatının qalibi Ramil Qasımov 1/4 final mərhələsində Kuba nümayəndəsi Qerardo Rodrigez ilə üz-üzə gəldi və rəqibini şido cərimə xallarının hesabına məğlub etdi. Yarım-final mərhələsində isə Ramil Qasımov Almaniya cüdoçusu Niholay Kornhass ilə üz-üzə gəldi. Həmin görüşdə Ramil Qasımov rəqibi üzərində ipponla qələbə qazandı və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Dmitri Solovey oldu Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramil Qasımov rəqibinə ipponla qalib gəldi və XV Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu. Ramil Qasımovun qazandığı qızıl medal, Azərbaycan Milli Paralimpiya Komandasının Rio-de-Janero Paralimpiadasında qazandığı yeganə qızıl medal oldu.