Azərbaycan — 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərində baş tutan XXII Qış Olimpiya Oyunlarında. Azərbaycan XXII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olundu.

Nəticələri Dağ xizəyi

DNF — bitirmədi DNS — mübarizə aparmadı

thumb|350x350px|alt=|Azərbaycan Milli Olimpiya Komandasının bayrağdarı Rəhman Xəlilov Soçi Olimpiadasının açılış mərasimində Dağ xizəyi idman növü üzrə turnirlər 9-22 fevralda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Patris Braxner və Qaya Bassani Antivari təmsil etdi.

Kişilərin nəhəng slalom turnirində çıxış edən Patris Braxner fevralın 19-da mübarizə apardı. 1-ci gedişdə 1:30.32 dəqiqə, 2-ci gedişdə isə 1:32.32 dəqiqə nəticə göstərən Patris Braxner ümumi nəticədə 3:02.64 dəqiqə nəticə göstərdi və turniri 54-cü pillədə başa vurdu. Fevralın 22-də baş tutan slalom turnirində isə Patris Braxner finiş həddinə çata bilmədi və mübarizəsini nəticəsiz başa vurdu.

Fevralın 21-də qadınların slalom turnirində mübarizə aparan Qaya Bassani Antivari isə turnirdə çıxış eləmədi.

İdmançıYarış1-ci cəhd2-ci cəhdCəmiNəticəYerNəticəYerNəticəYerPatris BraxnerKişilər, nəhəng slalom1:30.32601:32.32543:02.6454Kişilər, slalomDNFQaya Bassani AntivariQadınlar, slalomDNS

Fiqurlu konkisürmə

Q — növbəti mərhələyə adladı

Bu idman növü üzrə turnirlərdə Azərbaycanı Yuliya Zlobina və Alexey Sitnixov dueti təmsil etdi.

Bu idman növü üzrə turnir 6-22 fevralda baş tutdu. Fevralın 16-də buzüstü rəqs turnirində Yuliya Zlobina və Alexey Sitnixov dueti mübarizə apardı. Orijinal rəqsdə 58.16 balla 14-cü pillənin sahibi olan Yuliya Zlobina və Alexey Sitnixov dueti, fevralın 17-də baş tutan sərbəst rəqsi 90.48 balla 11-ci pillədə başa vurdu. Nəticədə Yuliya Zlobina və Alexey Sitnixov dueti Soçi Olimpiadasında 148.65 balla 12-ci pillədə qərarlaşdı.

İdmançıYarışOrijinal rəqsSərbəst rəqsÜmumiNəticəYerNəticəYerNəticəYerYuliya Zlobina Alexey SitnixovBuzüstü rəqs58.1614 Q90.4811148.6412

İstinadlar

Kateqoriya:İllərinə görə Azərbaycan Qış Olimpiya Oyunlarında Kateqoriya:2014-cü ildə Azərbaycanda idman Kateqoriya:Ölkələr 2014 Qış Olimpiya Oyunlarında