Kaliniçenko Qriqori Martınoviç (; ) — leytenant, Sovet İttifaqı Qəhrəmanı (16 oktyabr 1943 (ölümündən sonra))

Həyatı Qriqori Kaliniçenko 13 mart 1903-cü ildə Ukraynanın Xerson vilayətinin Aleksandrovski rayonunun Annovka kəndində doğulmuşdur. Milliyətcə rusdur. 1941-ci ildə Bakı şəhəri Yasamal RHK-dan orduya çağırılmışdır.

Qriqori Kaliniçenko 30 sentyabr 1943-cü ildə Dnepr çayı sahilində (Kiyev vilayəti) gedən döyüşlərdə həlak olmuşdur.

Qvardiya leytenantı Qriqori 16 oktyabr 1943-cü ildə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

İstinadlar

Ədəbiyyat "Azərbaycan Respublikası Xatirə Kitabı" VII cild, K, Q(Q...-Qaz.) hərfləri, Respublika Xatirə Kitabı redaksiyası, Bakı, 2007. səh.33. Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1987. — Т. 1 /Абаев — Любичев/. — 911 с. — 100 000 экз. — ISBN отс., Рег. № в РКП 87-95382. Чабаненко В. В. «Прославлены в веках» Днепропетровск, 1983.

Xarici keçidlər Калиниченко Григорий Мартынович — warheroes.ru saytı

Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:SSRİ leytenantları