Gamışdağ — Azərbaycan Respublikası ərazisində, Murovdağ silsiləsində Kiçik Qafqazın ən yüksək zirvəsi olub hündürlüyü 3628 m-dir.
Camışdağ Ağdərə, Kəlbəcər, Göygöl və Goranboy rayonları sərhədində yerləşir. Murovdağ silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 3628 m-dir. Zirvənin şimal yamacında qədim buzlaşmanın izlərini bildirən moren qalıqları vardır. Əhali tərəfindən qayma adlanan bu daşlar uzaqdan nohurda oturmuş camışlara oxşayır. Metafor oronimdir.
İstinadlar
Kateqoriya:Kiçik Qafqaz Kateqoriya:Azərbaycan sıradağları Kateqoriya:Azərbaycanda dağ zirvələri Kateqoriya:Dağ zirvəsi – üçminliklər