Yeloquy — Rusiya Federasiyasının Krasnoyarsk ölkəsində çay. Yeniseyin sol qolu. Uzunluğu 464 km, hövzəsinin sahəsi 25100 km²-dir. Ob – Yenisey suayırıcısından iki qolla başlanır. Qərbi Sibir düzənliyinin şərq kənarı ilə axır. Qarışıq mənbədən qidalanır. Oktyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Kelloq yaşayış məntəqəsindən gəmiçiliyə yararlıdır.ASE, V cild, Bakı, 1981, səh. 107

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə çaylar Kateqoriya:Rusiya çayları