Fəzlulla xan Əmənulla xan oğlu Ağevli (1887–1920)—İran ordusunun polkovniki.

Həyatı Fəzlulla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, orta məktəbi bitirəndən sonra Fransaya yollanmışdı. Ali hərbi məktəbi tamamlayandan sonra vətənə dönmüşdü. Jandarmeriyada xidmətə başlamışdı. I Dünya Savaşı dönəmində Mazandaranda xidmət edirdi.

Fəzlulla xan Ağevli "1919-cu il qərardadı" ilə bağlı komissiyaya daxil edilmişdi.

Fəzlulla xan Ağevli 1920-ci ildə vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.

Həmçinin bax Fərəculla xan Ağevli

Kateqoriya:İran hərbçiləri Kateqoriya:İsfahanda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər