Dünyamalıyev Kərim Həmdulla oğlu () — yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı.

Bioqrafiyası 1953-cü iyulun 28-də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Kiyev rəssamlıq məktəbini (1981), Kiyev Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir (1985).

Azərbaycan Mədəniyyət Nazirliyinin təmir-tikinti idarəsində – "Bərpaçı"da rəssam, (1988–1991) işləmişdir. 1991–1995-ci illərdə könüllü olaraq xüsusi təyinatlı əlahiddə taburda zabit kimi xidmət etmiş, döyüş bölgələrində gedən döyüşlərin iştirakçısıdır. "Xəyal" MTRŞ-nin icraçı direktoru olmuşdur (2007–2008). Ondan çox kitabın müəllifidir. Kərim Dünyamalı 2005-ci ildə Həcc ziyarətində olub.

Əsərləri

Borçalım mənim. Gəncə: Gəncə, 1994. Qələbəni odlu qəlb əldə edir. Bakı: Mütərcim, 2000. Qana boyanmış illər. Bakı: Mütərcim, 2002. İslam dini həyat nizamıdır. Bakı: [s. n.], ? Bir soyun taleyi. Bakı: Mütərcim. 2003. Vətən elin evidir. Bakı: [s. n.], 2007. Şeytan mərhəməti. Bakı: Mütərcim, 2007. Əsrlərdən gələn səslər. Nəsillərdən qalan izlər. Bakı: Mütərcim, 2009. Yaddaşlarda qorunan tarix. Bakı: [s. n.], ? Unutmayaq ki, unudulmayaq. Bakı: [s. n.], 2014. Cəbhə xatirələri (gördüklərim və bildiklərim). Bakı: [s. n.], ? Ölməzlər və ölümə məhkum olmuşlar: KOD 598. Bakı: [s. n.], ?

Mənbə Ədəbiyyatlar Qubalılar

İstinadlar

Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan memuarçıları