Atin Firuddin oğlu Abdullayev (; ) — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu.
Həyatı Atin Abdullayev 28 may 1989-cu ildə Gəncədə anadan olmuşdur. O, futbolla məşğul olmağa 11 yaşında, Gəncə şəhərində yerləşən uşaq futbol məktəbində məşqçi Konstantin Maksimoviç Abramenkonun rəhbərliyi altında başlamışdır.
Abdullayev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir.
Klub karyerası Atin Abdullayev Gəncə futbol məktəbinin yetirməsidir. Müxtəlif illərdə o, Gəncənin "Kəpəz" və "Tərəqqi" futbol klublarında çıxış etmişdir. Abdullayev 2012-ci ildə "Kəpəz"in heyətində, Azərbaycan Premyer Liqasında çıxış etmişdir. O, klubun əsas heyətində 4 oyun keçirmişdir.Kapaz Atin Abdullayev
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları