Ədədlər nəzəriyyəsi — riyaziyyatın ilk növbədə tam ədədləri öyrənən bölməsidir. Müasir ədədlər nəzəriyyəsində həm də cəbri, transsendent ədədlər kimi ədədlər nəzərdən keçirilir, həmçinin tam ədədlər və onların ümumiləşməsi hesabı ilə bağlı olan müxtəlif mənşəli funksiyalar öyrənilir.

Ədədlər nəzəriyyəsi üzrə tədqiqatlarda elementar və cəbri metodlarla yanaşı həndəsi, analitik üsullar, həmçinin ehtimal nəzəriyyəsinin metodları tətbiq edilir. Öz növbəsində ədədlər nəzəriyyəsi riyazi analizin, həndəsənin, klassik və müasir cəbrin, sıralar nəzəriyyəsinin, ehtimal nəzəriyyəsinin və s. inkişafına təsir göstərmişdir.Математика, её содержание, методы и значение (в трёх томах). — АН СССР, 1956. — Т. 2. — С. 226–227. — 397 с.

Öz metodlarına görə ədədlər nəzəriyyəsi dörd hissəyə bölünür: elementar, analitik, cəbri və həndəsi. Ədədlər nəzəriyyəsinin metodları kriptoqrafiyada, hesablama riyaziyyatında, informatikada geniş istifadə olunur.Математика, её содержание, методы и значение (в трёх томах). — АН СССР, 1956. — Т. 2. — С. 226–227. — 397 с.

Təsnifatı

Elementar ədədlər nəzəriyyəsi Elementar ədədlər nəzəriyyəsində tam ədədlər riyaziyyatın başqa bölmələrinin metodları istifadə edilmədən öyrənilir. Elementar ədədlər nəzəriyyəsinin əsas istiqamətləri arasında aşağıdakıları qeyd etmək olar:Нестеренко Ю. В., 2008, с. 3–6 Tam ədədlərin bölünməsi nəzəriyyəsi; Ən böyük ortaq bölənin və ən kiçik ortaq bölünənin hesablanması üçün Evklid alqoritmi; Ədədin sadə vuruqlara ayrılması və hesabın əsas teoremi; Modula görə müqayisə nəzəriyyəsi və müqayisə həlli; Dövrü kəsrlər, yaxınlaşma nəzəriyyəsi; Diofant tənlikləri, yəni qeyri-müəyyən tənliklərin tam (tam ədədlərdə) həlli; Tam ədədlərin bəzi siniflərinin öyrənilməsi — mükəmməl ədədlər, Fibonaççi ədədləri, fiqurlu ədədlər və s. Kiçik Ferma teoremi və onun ümumiləşməsi: Eyler teoremi; Pifaqor üçlüklərinin tapılması, dörd kub haqqında məsələ; Əyləncəli riyaziyyat, məsələn, sehrli kvadratların qurulması.

Analitik ədədlər nəzəriyyəsi Analitik ədədlər nəzəriyyəsində ədədlər və ədədi funksiyalar haqqında iddiaların çıxarılması və isbat edilməsi üçün riyazi (həm həqiqi, həm də kompleks) analizin güclü aparatı, bəzən də diferensial tənliklər nəzəriyyəsi istifadə olunur. Bu, ədədlər nəzəriyyəsinin tədqiqat sahəsini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verdi. Xüsusilə, buraya aşağıdakı yeni bölmələr daxil edilmişdir:Нестеренко Ю. В., 2008, с. 3–6 Sadə ədədlərin natural ədədlər sırasında və digər ardıcıllıqlarda (məsələn, verilmiş çoxhədlinin qiymətləri arasında) paylanması; Natural ədədlərin müəyyən növ (sadə ədədlər, qüvvətlər, fiqurlu ədədlər və s.) toplananların cəmi şəklində göstərilişi (bax: Additiv ədədlər nəzəriyyəsi); Diofant yaxınlaşmalar.

Cəbri ədədlər nəzəriyyəsi Cəbri ədədlər nəzəriyyəsində tam ədəd anlayışı genişlənir, cəbri ədədlər olaraq rasional əmsallı çoxhədlilərin köklərinə baxılır. Cəbri və transsendent ədədlərin ümumi nəzəriyyəsi işlənmişdir. Bu zaman tam ədədlərin analoqu olaraq tam cəbri ədədlər, yəni tam əmsallı unitar çoxhədlilərin kökləri çıxış edir. Tam ədədlərdən fərqli olaraq, tam cəbri ədədlər halqasında faktoriallıq xüsusiyyəti, yəni sadə vuruqlara ayrılmanın yeganəliyi yerinə yetirilməyə bilər.

Cəbri ədədlər nəzəriyyəsinin meydana çıxmasında Diofant tənliklərinin öyrənilməsi, o cümlədən Böyük Ferma teoremini isbat etmək cəhdləri mühüm rol oynamışdır.

bərabərliyi Kummerə məxsusdur, burada -lər — vahidin -ci dərəcədən kökləridir. Beləliklə, Kummer yeni şəkilli tam ədədləri təyin etdi. Daha sonra Liuvill göstərdi ki, əgər cəbri ədəd tənliyin dərəcəli köküdürsə, onda ona şəkilində olan kəsrlərlə -dən çox yaxınlaşmaq olmaz, burada və  — qarşılıqlı tam ədədlərdir.теория чисел // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978

Cəbri və transsendent ədədlər təyin edildikdən sonra cəbri ədədlər nəzəriyyəsində iki istiqamət — konkret ədədlərin transsendentliyinin isbatı ilə məşğul olan istiqamət və cəbri ədədləri, onların rasional və cəbri ədədlərlə yaxınlaşma dərəcəsini öyrənən istiqamət ayrılmışdır.теория чисел // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978

Əsas üsullarından biri cəbri ədədlər sahəsinin öz tamamlayıcısına hər hansı — Arximed (məsələn, həqiqi və ya kompleks ədədlər sahəsinə), yaxud qeyri-Arximed (məsələn, p—adik ədədlər sahəsinə) metrika üzrə daxil edilməsidir.

Həndəsi ədədlər nəzəriyyəsi Həndəsi ədədlər nəzəriyyəsi əsasən "məkan qəfəslərini" — tam koordinatlı nöqtələr sistemlərini (düzbucaqlı və ya əyrixətli koordinat sistemində) öyrənir. Bu konstruksiyalar həndəsə və kristalloqrafiya üçün böyük əhəmiyyət kəsb edir, onların tədqiqatı kvadratik formaların hesablama nəzəriyyəsi və ədədlər nəzəriyyəsinin digər mühüm bölmələri ilə sıx bağlıdır. Həndəsi ədədlər nəzəriyyəsinin əsasını Herman Minкovski qoymuşdur.Математика, её содержание, методы и значение (в трёх томах). — АН СССР, 1956. — Т. 2. — С. 226–227. — 397 с.

İnkişaf tarixi

Qədim dövrdə ədədlər nəzəriyyəsi Qədim Misirdə riyazi əməliyyatlar tam ədədlər və alikvot kəsrlər üzərində aparılmışdır. История математики. С древнейших времён до начала Нового времени // Под редакцией Юшкевича А. П., в трёх томах. — М.: Наука, 1970. — Т. I. Riyazi papiruslarda həll yolları və köməkçi cədvəllərlə məsələlər saxlanılır.Арифметика // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978. Cədvəllərin daha geniş tətbiqi şümerlərdən sonra altmışlıq say sistemindən istifadə edilmiş Babilistan üçün xarakterikdir. Babil mixi riyazi mətnlərinə vurma və tərs ədədllər, natural ədədlərin kvadratları və kubları cədvəlləri daxildir. История математики, том I, 1970, с. 37–39. Babilistanda çoxlu Pifaqor üçlüyü tanıyırdılar, onları tapmaq üçün, ehtimal ki, naməlum ümumi qaydadan istifadə etmişlər.История математики, том I, 1970, с. 50. Hesablama tarixində ən qədim arxeoloji tapıntı — eramızdan əvvəl 1800-cü illərə aid Plimpton 322 gil lövhəsinin fraqmentidir. Onun üzərində Pifaqor üçlüyünün siyahısı, yəni şərtini ödəyən natural ədədləri əks olunur. Üçlüklərdə beşrəqəmli ədədlər var və onların sayı variantların mexaniki sayılması ilə əldə edildiyini söyləmək üçün həddindən artıq çoxdur.

Ədədlər nəzəriyyəsinin inkişafına pifaqorçular Evklid və Diofant tərəfindən əhəmiyyətli töhfələr verilmişdir. Pifaqorçular yalnız müsbət tam ədədlərə baxırdılar və ədədi vahidlər toplusu hesab edirdilər. Vahidlər bölünməz və nizamlı həndəsi fiqurlar şəklində düzülmüşdü. Pifaqorçulara "fiqurlu ədədləri" ("üçbucaq", "kvadrat" və s.) müəyyən etmək xasdır. Ədədlərin xassələrini öyrənərək onları cüt və tək, sadə və mürəkkəb ədədlərə böldülər. Ehtimal ki, məhz pifaqorçular yalnız ikiyə bölünmə əlamətindən istifadə edərək sübut edə bilmişlər ki, əgər sadə ədəddirsə, onda mükəmməl ədəddir. İsbatı Evklidin "Elementlər" kitabında verilmişdir (IX, 36). Yalnız XVIII əsrdə Eyler isbat etdi ki, başqa mükəmməl ədədlər mövcud deyil, mükəmməl ədədlərin sayının sonsuzluğu məsələsi isə hələ də həllini tapmayıb. Pifaqorçular həmçinin tənliyinin Pifaqor üçlüyü adlandırılan sonsuz tam həllər çoxluğunu tapdılar və onlar üçün ümumi bir düstur əldə etdilər. История математики, том I, 1970, с. 68–69.

Eramızdan əvvəl 399-cu ildə Teetetə məxsus olduğu güman edilən bölünmə nəzəriyyəsi meydana çıxdı. Evklidin VII "Elementlər" kitabı və IX kitabının bir hissəsi buna həsr olunmuşdur. Bu nəzəriyyə iki ədədin ən böyük ortaq bölənini tapmaq üçün Evklid alqoritminə əsaslanır. Alqoritmin nəticəsi istənilən ədədin sadə vuruqlara ayrılmasının mümkünlüyü və bu cür ayrılışın yeganəliyidir. Ədədin sadə vuruqlara ayrılmasının yeganəliyi qanunu tam ədədlər hesabının əsasını təşkil edir. История математики, том I, 1970, с. 74–76.

Evklidin VII, VIII və IX "Elementlər" kitabları sadə ədədlərə və bölünməyə həsr olunmuşdur. Burada, xüsusilə, iki ədədin ən böyük ortaq bölənini tapmaq üçün alqoritm (Evklid alqoritmi) təsvir edilmiş və sadə ədədlər çoxluğunun sonsuz olması isbat edilmişdir.Number Theory, page 2 (англ.). Encyclopædia Britannica. Дата обращения: 6 июня 2012. Архивировано 22 июня 2012 года.

İskəndəriyyəli Diofant, Qədim Yunanıstanın əvvəlki riyaziyyatçılarından fərqli olaraq, klassik cəbrin məsələlərini həndəsi şəkildə təsvir edərək onları həll etdi. "Hesab" adlı əsərində o, çoxhədli tənliklər sistemlərinin (indiki Diofant tənliklər sistemi) tam həllərinin tapılması üzrə məsələləri sadalayır.Number Theory, page 2 (англ.). Encyclopædia Britannica. Дата обращения: 6 июня 2012. Архивировано 22 июня 2012 года. Diofantın qeyri-müəyyən tənliklərin rasional ədədlərdə həllinə dair işləri ədədlər nəzəriyyəsi ilə cəbri həndəsənin kəsişməsində dayanır. O, konus kəsiyinin tənliyi olan ikidərəcəli ikidəyişənli tənliyini araşdırır. Diofantın, ən azı biri məlum olduqda əyrinin digər rasional nöqtələrini tapmaq üsulu müəyyən edir ki, ikitərtibli əyri ya koordinatları bir parametrli rasional funksiyalar kimi ifadə olunan sonsuz sayda nöqtələrə malikdir, ya da belə nöqtələrə malik deyil. Üçdərəcəli və dörddərəcəli tənliklərin tədqiqi üçün daha mürəkkəb həndəsi üsullardan (rasional nöqtədə toxunanın və ya növbəti kəsişməni tapmaq üçün iki rasional nöqtədən keçən düz xəttin qurulması) istifadə olunur. История математики, том I, 1970, с. 146–148.

Orta əsrlərdə ədədlər nəzəriyyəsi Çin qalıq teoremi Sun Tzunun "Sun Tzu Suan Jing" (Çin misalları 孙子算经, pinyin sūnzǐ suànjīng) əsərinə misal kimi daxil edilmişdir.Number Theory, page 2 (англ.). Encyclopædia Britannica. Дата обращения: 6 июня 2012. Архивировано 22 июня 2012 года. Onun həllində mühüm addımlardan biri buraxılmışdı, tam isbatı ilk dəfə eramızın VI əsrində Aryabhata tərəfindən verilmişdir.

Hind riyaziyyatçıları Aryabhata, Brahmaqupta və Bhaskara tam ədədlərdə şəklində olan Diofant tənliklərini həll etdilər. Bundan əlavə, Number Theory, page 2 (англ.). Encyclopædia Britannica. Дата обращения: 6 июня 2012. Архивировано 22 июня 2012 года. şəkillı tənliklərin tam həllini tapdılar ki, bu da hind riyaziyyatçılarının ədədlər nəzəriyyəsi sahəsində ən yüksək nailiyyəti idi. Sonradan bu tənlik və onun üçün xüsusi halı Ferma, Eyler və Laqranjın diqqətini çəkdi. Həllin tapılması üçün Laqranjın təklif etdiyi üsul hind riyaziyyatçılarınkına yaxın idi. История математики, том I, 1970, с. 146–148. История математики, том I, 1970, с. 194-195.

Ədədlər nəzəriyyəsinin sonrakı inkişafı Fermanın Diofant tənliklərinin həlli və tam ədədlərin bölünməsi ilə bağlı əsərlərində ədədlər nəzəriyyəsi daha da inkişaf etdirildi. Xüsusilə, Ferma, Fermanın kiçik teoremi adlandırılan belə bir teorem formalaşdırdı ki, istənilən sadə və tam ədədi üçün ədədi -yə bölünür. Bundan başqa, o, Fermanın böyük və ya son teoremi adlandırılan Diofant tənliyinin tam ədədlərdə həll olunmazlığı haqqında teoremi formalaşdırdı.Number Theory, page 3 (англ.). Encyclopædia Britannica. Дата обращения: 6 июня 2012. Архивировано 22 июня 2012 года. XVIII əsrin əvvəllərində Eyler kiçik teoremin ümumiləşdirməsi və xüsusi hallar üçün böyük teoremin isbatı ilə məşğul olmuşdur. O, həmçinin ədədlər nəzəriyyəsində problemləri həll etmək üçün, funksiyaların generasiyası üsulunu, Eyler eyniliyini, habelə sadə ədədlərin əlavə edilməsi ilə bağlı məsələləri formalaşdıraraq güclü riyazi analiz aparatından istifadə etməyə başladı.теория чисел // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978