150px|thumbnail|right|Ampermetrin sxemlərdə şərti işarəsi 150px|thumbnail|right|1975-ci ildən analoq ampermetr Ampermetr — dövrə hissəsində cərəyan şiddətini ölçən cihaz. İş prinsipi maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi yönəldici təsirə əsaslanır.A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK — Fizika, 2008, səhifə 450 Ampermetr dövrəyə ardıcıl birləşdirilir.A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK — Fizika, 2008, səhifə 222

Tarixi İlkin ampermetrlərin iş prinsipi Yerin maqnit sahəsindən asılı idi.L. A. Geddes, Looking back: how measuring electric current has improved through the ages, IEEE Potentials, fevral-mart 1996, səhifə 40–42

Növləri

Maqnit-elektrik ampermetrlər Maqnit-elektrik ölçmə mexanizmini ampermetr kimi birbaşa dövrəyə qoşduqda nisbətən kiçik cərəyanları ölçmək olur. Çərçivə dolağının nazik naqilini və spiral yayları 20–30 mA-dən artıq cərəyanla yükləmək olmaz ona görə də maqnit-elektrik ölçmə mexanizmindən mikro və milliampermetr kimi istifadə olunur.T. M. Əliyev, R. M. Mirsəlimov, T. Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 66

Elektromaqnit ampermetrlər Elektromaqnit ampermetrlərdə sarğacın sarğılar sayı cərəyanın nominal qiymətində hərəkət edən hissəsinin tam yerdəyişməsini təmin etmək üçün seçilir. Elektromaqnit ampermetrlər stasionar və qeyri-stasionar hazırlanır. Birincicilər müəyyən birhədli, ikincilər isə çoxhədli olub, ölçmə mexanizminin sarğacı bir neçə seksiyalı hazırlanır. Elektromaqnit ampermetrlərin ölçmə həddi cərəyan transformatorlarının köməyi ilə genişləndirilir.T. M. Əliyev, R. M. Mirsəlimov, T. Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 78

Elektrodinamik ampermetrlər Tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdiriləndə 0.5 Amperə qədər cərəyanları ölçmək mümkündür. 0.5 A-dan böyük cərəyanları ölçmək üçün tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdirilir.T. M. Əliyev, R. M. Mirsəlimov, T. Ə. Həsənov, Elektrik ölçmələri, Maarif nəşriyyatı 1986, səhifə 80

Müqavimətin ölçülməsi Ampermetrə paralel şunt qoşmaqla müqaviməti də ölçmək olar.A. M. Süleymanov, M. A. Musayev, K. M. Sultanov, N. A. Əhmədov, E. M. Həsənov, M. M. Babayev, M. B. Hüseynli, R. R. Abdurrəzzaqov, A. M. Allahverdiyev, Q. M. Əhmədov, M. A. Abdullayev. TQDK — Fizika, 2008, səhifə 233

İstinadlar

Kateqoriya:Cihazlar Kateqoriya:Qurğular