Corc Eliot () — təxəllüslə yazan 'Meri Enn' ya da 'Marian Evans' Viktoriya dövrünün ən məşhur ingilis yazıçılarındandır.

Həyatı Corc Eliot həyatının ilk 21 ilini İngiltərənin Uoruikşayr bölgəsindəki bir kənddə keçirmişdir. Bu illərdə insanları və ətrafı yaxından tanıma imkanı olmuşdur. Anasının ölümündən sonra böyük bir malikanənin anbardarı olan atası ilə qalmalı olduğundan məktəbdən çıxmalı olmuşdur. Din, əxlaq və siyasət mövzusunda qatı bir görüşü olmayan, azad düşüncəli mühitə düşməsi onun qarşısına yeni qapılar açdı. 1849-cu ildə atasının ölümündən sonra İsveçrəyə getmiş, daha sonra Londona köçərək Vestminster Revyu jurnalında işləməyə başlamışdır. Geniş fikirli bir qadın olan Eliot, o dövrün öndə gələn yazıçıları ilə tanış olmuşdur. Bunlar arasında məşhur jurnalist Corc Henri Lyus ilə olan dostluğu həyatına böyük məna qatmışdır. Lyus onu roman yazmağa həvəsləndirir və münasibətləri Lyus ölənədək təxminən 25 il xoşbəxtlik içində davam etmişdir.

Yaradıcılığı Ədəbiyyat həyatına tənqidçi və tərcüməçi olaraq başlamışdır. İlk hekayəsi Scenes of Clerical Life'dır (1852; "Din Adamının Həyatından Səhnələr"). 1859da çıxan ilk romanı "Adam Bede" gündəlik həyatı incəliklərinə qədər təsvir etməsi ilə diqqət cəlb etmişdir. 1860-cı ildə Sahildəki dəyirman, bundan bir il sonra isə tarixi roman olan "Romola" çıxır. Bunları Silas Marner, Radikal Feliks Holt və bir şah əsər olan Middlemarch izləyir. Bu roman bir neçə mövzunun iç-içə giridyi, torpaq sahiblərindən kəndlilərə qədər bütün insanların böyük bir reallıqla təsvir olunduöu və çağdaş düşüncələrin yer aldığı güclü əsərdir. Eliot yazmaqdakı məqsədinin "tozlu küçələrdən və tarlalardan gələn bir dəri bir sümük insanların" həyatlarını əks etdirmək olduğunu vurğulamışdır. 1878-ci ildə Lyus öldükdən sonra Con Volter Kros ilə evlənən Eliot bundan qısa bir vaxt sonra xəstələnərək ölmüşdür.

Əsərləri

Romanlar Adam Bede, 1859 The Mill on the Floss, 1860 Silas Marner, 1861 Romola, 1863 Felix Holt, the Radical, 1866 Middlemarch, 1871–1872 Daniel Deronda, 1876

Şeirləri The Spanish Gypsy (dramatik şeir) 1868 Agatha, 1869 Armgart, 1871 Stradivarius, 1873 The Legend of Jubal, 1874 Arion, 1874 A Minor Prophet, 1874 A College Breakfast Party, 1879 The Death of Moses, 1879 From a London Drawing Room, Count That Day Lost, ?

Digər işləri "The Life of Jesus Critically Examined" Devid Straus tərəfindən yazılan əsərin tərcüməsi, 1846 "The Essence of Christianity" Ludwig Feyerbax tərəfindən yazılmış əsərin tərcüməsi 1854 Scenes of Clerical Life 1858 The Sad Fortunes of the Rev. Amos Barton Mr Gilfil's Love Story Janet's Repentance The Lifted Veil, 1859 Brother Jacob, 1864 Impressions of Theophrastus Such, 1879

İstinadlar

Kateqoriya:İngiltərə yazıçıları Kateqoriya:İngilis yazıçılar Kateqoriya:XIX əsrin İngiltərə romançıları Kateqoriya:İngiltərə tərcüməçiləri Kateqoriya:Böyük Britaniya esseistləri Kateqoriya:Birləşmiş Krallığın qadın yazıçıları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XIX əsr qadın yazıçıları