thumb|Filmin afişası Qurbanvermə () — Sovet kinematoqrafiyasının ən istedadlı rejissoru Andrey Tarkovski özünün "Qurbanvermə" filmini çəkərkən artıq xərçəng xəstəliyindən əziyyət çəkdiyini bilirdi. Film də sanki Tarkovskinin Qurbanverməsi oldu. 54 il yaşadı.

Süjet xətti İsveçdə, şəhərdən kənar sakit bir yerdə bir yazıçı yaşayır. Film yazıçının öz doğum günündə oğlu ilə birlikdə ağac əkməsi ilə başlayır. Belə bir inam var ki öz həyatın haqda fikirləşmədən ağac əkə bilməzsən. O özünün doğum günü evə qayıdarkən lal(doğulandan) oğlu ilə insanlığın əbədi varlığı haqda(bu da daimi Tarkovski fəlsəfəsi) söhbət edir. Hər şey sakit və olmalı olduğu kimi gedir. Qonaqlar gəlir. Yazıçıya məktublar, təbriklər və s. Amma.. Hamı qonaq otağında ikən televizor vasitəsilə dəhşətli bir xəbər verilir. Havaya iki nüvə raketi buraxılıb və bir müddətdən sonra hər şey məhv olacaq.

Filmdə hadisələr demək olar ki bir evdə cərəyan edir. Hər şey burada baş verir. Tarkovskinin yaratdığı obrazlar bütün iztirabları, bütün acıları, bütün dəhşəti bir evdə yaşayırlar. Televizorda danışan aparıcı: - Hər bir şüurlu vətəndaş hazırda özünü mərd saxlayıb soyuqqanlılığını göstərməlidir. Belə ki yeganə bu dəqiqə daxili düşmən vahiməyə düşməkdir. Yalnız nizam və intizam dəyərli vətəndaşlar. Bu gün də Tarkovski insan mənəviyyatını və insan varlığını araşdıran ən güclü 5 rejissordan biri kimi qalır. Tarkovski yaradıcılığı ilə tanış deyilsizsə o zaman Qurbanvermədən başlamayın. Yox, Tarkovski yaradıcılığını sevirsizsə o zaman filmdə gedən monoloqları çox bəyənəcəksiz. Əgər izləməyə ürək etsəz o zaman bütün iradənizi və səbrinizi toplayıb baxın.

İstinadlar

Mənbə "Жертвоприношение" на сайте проекта об Андрее Тарковском

Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Andrey Tarkovskinin filmləri Kateqoriya:Üçüncü Dünya müharibəsi haqqında filmlər Kateqoriya:İsveçcə filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:1986-cı ilin Fransa filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:1985-ci il haqqında filmlər Kateqoriya:Rusiya filmləri Kateqoriya:Dramlar Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:İsveçdə çəkilən filmlər Kateqoriya:İsveçin dram filmləri Kateqoriya:Postapokaliptik filmlər Kateqoriya:Real olmayan hekayə filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Uydurmada qurbanlar