II Smabt Aşotyan (doğum tarixi bilinmir — 1044 və ya 1051Q. Qriqoryan. Sünik çarlığı (X—XII əsrlər) // Tar.-filol. jurn.. — 2006. — № 2. — səh. 144) – 1040-cı ildən hakimiyyətdə olan Sünik knyazı.
Bioqrafiyası
II Smbat Sünik sülaləsinin Çxuk hakimi olan AşotyanlarСтепанос Орбелян. История области Сисакан. — М., 1861. — С. 233. (Aşot oğulları anlamında Aşotyanlar soy adı erməni dilli mənbələrdə işlədilir) nəslindəndir. Ana xətti ilə Vasak Süninin (998—1040) nəvəsidir. Vasak Süninin hakimiyyəti dövründə onun sarayında yaşamış və böyümüş, ölümündən sonra isə taxta keçmişdir. “Knyazlar knyazı” məqamını isə qardaşı Qriqora vermişdir.
1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır.V. Minorsky. Studies in Caucasian History. — CUP Archive, 1953. — С. 51 Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatevi ələ keçirmişlər. Müsəlmanların geri çəkilməsindən sonra II Smbat ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. Onun hakimiyyəti zamanı ölkə çiçəklənmə dövrünü yaşamışdır.Böyük Sovet Ensiklopediyasından (III nəşri) Sünik çarlığı məqaləsi 1044 və ya 1051 – ci illərdə II Smbatın ölümündən sonra taxta onun qardaşı I Qriqor keçmişdir.
İstinadlar
Həmçinin bax
Sünik sülaləsi Sünik knyazlığı
Kateqoriya:Sünik