Cavanşir Hümmət oğlu Paşazadə () — Azərbaycan Respublikası Milli Məclisinin III çağırışÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az , IV çağırış, V çağırış, VI çağırış və VII çağırış deputatı.
Həyatı 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. Rus, tacik və özbək dillərini bilir.
1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır.
Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür. III–VI çağırış Milli Məclisin deputatı olmuşdur. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Mükafatları 11 aprel 2013-cü il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 11 aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.
İstinadlar
{ Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycanlı mühəndislər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları