Siyavuş Dünyamalı oğlu Novruzov () — Azərbaycan ictimai–siyasi xadimi, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI və VII çağırış deputatı (2000-ci ildən), Milli Məclisin Komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru.
Həyatı Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri qəsəbəsində anadan olmuşdur.
Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbçilər arasında keçirilən yarışın qalibi olub.
1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 1999–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.
1987–1990-cı illər SSRİ ordusunda xidmət etmişdir. 1990–1993-cü illərdə Birinci Qarabağ müharibəsində gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır.
Azərbaycan Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai–siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 16 fevral 2019-cu ildə Azərbaycan Respublikasının ictimai–siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə evlidir. İki övladı var.
Siyasi–ictimai fəaliyyəti 80-ci illərin sonlarından siyasətə qoşulan Siyavuş Novruzov "Əlincə" Xeyriyyə Cəmiyyətində fəaliyyətini davam etdirib. 1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994–1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995–2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur.
2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat seçilmişdir. 2005, 2010, 2015, 2020-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz–Babək seçki dairəsindən millət vəkili seçilib. O, uzun müddət Milli Məclisin İntizam Komissiyasının sədri, İctimai Birliklər və Dini Qurumlar Komissiyasının sədri işləmiş, hal-hazırda isə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədridir.
2024-cü il oktyabrın 8-də Azərbaycan–Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Təltifləri Azərbaycan Respublikasının dövlət təltifləri "Şöhrət" ordeni — 16 fevral 2019 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 18 noyabr 2017 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019 "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 8 sentyabr 2018 "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı — 5 iyul 2018 "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — 9 iyul 2019 "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı — 7 aprel 2014 "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı — 26 mart 2009 "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 14 avqust 2019 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı — 22 oktyabr 2019
Digər orden və medallar "General Cəmşid Naxçıvanski" yubiley medalı — 27 noyabr 2016 (Azərbaycan Respublikası Veteranlar Təşkilatı) "Fədai" medalı — 11 noyabr 2016 ("Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi) "Vətən naminə" medalı — 11 noyabr 2016 ("Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi) "Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi — 25 il" medalı — 10 oktabr 2019 ("Azərbaycan Vətən müharibəsi" Veteranları İctimai Birliyi) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — 28 yanvar 2014 (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı "Vətənə sədaqət ordeni" — 14 sentyabr 2016 ("Rusiya Federasiyasının Silahlı Qüvvələrin Veteranlar" Ümum-Rusiya İctimai Birliyi) "Vətənə xidmət ordeni" — 1 may 2015-ci ildə (Əfqanıstan Veteranlarının Rusiya Birliyi) "Əfqanıstan müharibəsi veteranı" medalı — 26 iyun 2012 ("Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı" Ümum-Rusiya İctimai Təşkilatı) "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi" medalı — 15 fevral 2014 "Döyüş qardaşlığı — veteranlar təşkilatı qarşısında xidmətlərinə görə" medalı — 2 fevral 2017 "Vətən qarşısında xidmətlərə görə" medalı — 15 fevral 2017 (Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı)
Karantində toy qalmaqalı Siyavuş Novruz həyat yoldaşı, Səbinə Əliyeva ilə birlikdə 18 avqust 2020-ci ildə sərt karantin qaydalarının qüvvədə olduğu dövrdə Ramiz Mehdiyevin nəvəsinin Bakıda keçirilən toyunda iştirak edib. Toy karantin qaydalarının pozulmasına görə ictimai tənqidlərə səbəb olub. Daxili İşlər Nazirliyi Əliyeva və Novruzovun tədbirə görə cərimələndiyini bildirib. Hər ikisi İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 400 manat cərimələnib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin Regional məsələlər Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin İntizam Komissiyasının sədrləri Kateqoriya:Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar Komitəsinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədrləri Kateqoriya:Əlincə Xeyriyyə Cəmiyyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları