Rafael Cəbrayılov () — Azərbaycan Respublikası Milli Məclisinin III çağırışÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az , IV çağırış və V çağırış deputatı.
Həyatı 1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.
Evli idi, 2 övladı var.Ən layiqli namizədə səs verin, parlamenti siz seçin: Rafael Cəbrayılov. "Rəsmi Bakı" qəzeti, № 10(107), 01–07 noyabr 2010-cu il.
29 sentyabr 2021-ci ildə koronavirusdan ölmüşdür.
Fəaliyyəti 1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur.
Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin bitərəf deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmuşdur. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
50-dən artıq elmi-publisitik məqalənin müəllifidir.
İstinadlar
Kateqoriya:COVID-19 pandemiyasından Azərbaycanda vəfat edənlər Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri