Ərəstun Nurəddin oğlu Cavadov () — Azərbaycan Respublikasının Milli Məclisi III və IV çağırış deputatıÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az

Həyatı 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, "Azərgeyimticarət" Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. Evlidir, 1 övladı var.

29 mart 2023-cü ildə vəfat etmişdir.

Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının üzvüdür. III çağırışda Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

IV çağırışda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olmuşdur. Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları