Vasim Məmmədəli oğlu Məmmədəliyev () — azərbaycanlı şərqşünas alim, professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycanın (1992) və Dağıstanın (2003) əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri (1997).

Həyatı və fəaliyyəti Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakı şəhərinin Kürdəxanı kəndində anadan olmuşdur. 1949–1959-cu illərdə Bakı şəhərindəki 113 nömrəli orta məktəbdə təhsil almışdır.

1959–1964-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. Universitetdə təhsil aldığı illərdə ərəbşünas alim Ələsgər Məmmədovun tələbəsi olmuşdur. 1965–1968-ci illərdə Tbilisi Dövlət Universitetində aspiranturada təhsil almışdır. 1978-ci ildən professor elmi adını almışdır. 1981–1991-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı olmuşdur. 1991–1992-ci illərdə universitetin prorektoru vəzifəsində çalışmışdır. 1989-cu ildə İraq Elmlər Akademiyasının, 1994-cü ildə İslam Konfransı Təşkilatı (hazırkı İslam Əməkdaşlıq Təşkilatı) nəzdində İslam Hüququ Akademiyasının, 1995-ci ildə Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının, 2003-cü ildə isə Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir. 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri vəzifələrində fəaliyyət göstərmişdir. Həmin ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri olmuşdur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmiş, 2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik etmiş, 40-dan çox dissertasiya işində rəsmi opponent olmuşdur. O, 20 kitabın və 600-dən çox elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr olunmuşdur. Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Küveyt və digər ölkələrin sıx elmi müəssisələri ilə əməkdaşlıq etmişdir. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birlikdə sovet dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan idilinə tərcümə etmişdir. Bu tərcüməm ilk dəfə 1991-ci ildə nəşr olunmuş, sonrakı illərdə isə dəfələrlə yenidən çap edilmişdir.

Azərbaycan—İraq Dostluq Cəmiyyətinin sədri olmuşdur.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü olmuşdur.Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının tərkibi təsdiq edilib . scwra.gov.az, 27. dekabr 2018

Uzun illər Azərbaycan Televiziyasında yayımlanan "Haqqın dərgahı" verilişinin aparıcısı olmuşdur.

İki qızı və bir oğlu olmuşdur.

Vasim Məmmədəliyev 13 oktyabr 2019-cu ildə vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.

Beynəlxalq seminar, simpozium və konfraslarda iştirakı Rusiya — 1978, 1981 Polşa — 1979, 1995 ABŞ — 1996 İndoneziya — 1998, 1996, 2000 İraq — 2000, 2004 Türkiyə — 2002, 2004 İran — 2002, 2004 Gürcüstan — 2005 Fransa — 2005 Misir — 2006

Seçilmiş əsərləri 2006 — "İslam və gənclik" 2006 — "Mövlana Cəlaləddin Rumi yaradıcılığında "Məsnəvi"" (Q. T. Məmmədəliyeva ilə birlikdə) 2006 — "Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki". 2006 — "Ərəb dili proqramı (bakalavr pilləsi üçün)" (N. Məmmədovla birlikdə) 2006 — "Globalization in Estimation of Muslim Scientists" (ingilis dilində) 2005 — "İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr" 2005 — "Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi" 2004 — "Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni" 2004 — "Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr" 2004 — "İslam əxlaqı və onun əsas prinsipləri" 2004 — "Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər" 2004 — "S. S. Rəşadinin "Sərf nəhv" kitabı haqqında" 2004 — "Sibəveyhə tutulan iki məşhur irad barəsində bir neçə söz". "Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri" 2003 — "Əbu Həyyanın bəzi dilçilik görüşləri" 2003 — "Təsəvvüfdə ariflə alimin fərqi". "Şərqşünaslığın aktual problemləri". (Q. T. Məmmədəliyeva ilə birlikdə) 2003 — "Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi" 2002 — "Islam against terrorism, extremism and aggression". "Cooperation for peace in the Caucasus". (Tbilisi) 2002 — "Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите" (C. Fərzəliyevlə birlikdə)

Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 28 oktyabr 1992 "Dağıstan Respublikasının əməkdar elm xadimi" fəxri adı 2003 "Şöhrət" ordeni — 26 avqust 2002 "V. M. Məmmədəliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 avqust 2002-ci il tarixli, 777 nömrəli Fərmanı. e-qanun.az. "Şərəf" ordeni — 30 oktyabr 2009 "V. M. Məmmədəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli, 541 nömrəli Sərəncamı. e-qanun.az Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 30 avqust 2012 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2017

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:SSRİ ərəbşünasları Kateqoriya:Dinşünaslar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin prorektorları Kateqoriya:Quran tərcüməçiləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:"Qızıl çinar" beynəlxalq mükafatının qalibləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Dağıstan Respublikasının əməkdar elm xadimləri Kateqoriya:Din üzrə yazıçılar Kateqoriya:Azərbaycan ərəbşünasları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:SSRİ dilçiləri