Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; ) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı.

Həyatı Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992–1994) vəzifələrində çalışmışdır.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971). C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982–1985) işləyib.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 275–277. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992–1994).

Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Xatirəsi 2019-cu ilin iyununda Qazax rayonunun "Fəxri qazaxlılar" parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.

2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin sədri, şairin həyat yoldaşı, yazıçı və şərqşünas Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə Vaqif Səmədoğlu Mərkəzi və "Vaqif Səmədoğlu" medalı təsis olunub.

Mükafatları Azərbaycan Respublikasının Xalq Şairi "Əməkdar İncəsənət Xadimi" "İstiqlal" ordeni "Şərəf" ordeni "Humay" mükafatı laureatıdır (1998). "Nəsimi" mükafatı (2014).

Ailəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur. Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur. Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır. Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır. Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur. Səməd Vurğunun ev-muzeyinin direktoru, Fəlsəfə Doktoru Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşı

Əsərləri

Kitabları Yoldan teleqramlar. 1968 Günü baxtı Mən burdayam, ilahi. 1996 Uzaq, yaşıl ada. 1996 Gürzəçöl yazıları. 2016

Dram əsərləri Bəxt üzüyü İntizar Uca dağ başında Lotereya Yayda qartopu oyunu, Yaşıl eynəkli adam, Generalın son əmri, Mamoy kişinin yuxuları

Şeirləri

Filmoqrafiya

Həmçinin bax Vəkilovlar Səməd Vurğun Yusif Səmədoğlu

İstinadlar

Kateqoriya:Vəkilovlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:XXI əsr Azərbaycan şairləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları