Məzmun Filmdə qayınana gəlin münasibətləri əks etdirilir. Həmçinin onların yaxın qohumlarının və qonşularının başına gələn məzəli əhvalatlar da serialın süjet xəttini təşkil edir.
Filmdə əsas süjet xətti aktrisa Sənubər İsgəndərlinin canlandırdığı Afət xanım (qayınana) və onun ailəsidir. Afət xanımın gəlinləri ilə bəzən mübahisələri olsa da o çox mehriban, gözəl, qayğıkeş qadındır. Afət xanımı hər kəs sevir. Onun iki oğlu var: Kamil və Cəmil. Kamil turizm şirkətinin müdiridir. Mədəni insan, qayğıkeş atadır. Eyni zamanda anasına hörmət edir. Cəmil kafe işlədir (bir zamanlar Afət xanımın kafesini). Cəmil mehriban, bir qədər də zarafatcıl və dalaşqandır. Afət xanımın bir qızı da var. Rəna… Rəna çox gözəl və mehriban qızdır. Gülərüz insandır. Həkimdir. Anasını çox sevir. Afət xanımın hər iki oğlu Kamil və Cəmil evlidir. Kamilin həyat yoldaşı — Nigar, Cəmilin isə Sevdadır. Nigar zəhmətkeş qadındır. Afət xanımın bəzən ona acıqlanmasına baxmayaraq cavab qaytarmır. Evdardır. Nigar və Kamilin İlqar adında bir oğlu da var. Digər bir obraz olan Sevda gözəl və mədəni qızdır. İşgüzardır. Həkimdir. Bir vaxtlar Rənanın müəllimi olub. Cəmillə yeni evlənib. Afət xanımın Püstə adında qayınanası var. Qayınananın qayınanası. Püstə nənə ilə Afət xanım tez-tez mübahisə edirlər. Amma ikisi də bir-birini çox istəyir. Püstə nənə evin ağbirçəyidir. Kənan Yusifovun canlandırdığı Polad (Potu) Rənaya aşiqdir. Onun dostu Lazım (Elvin Ağayev) Afət xanımın qardaşı qızı Sədaqəti sevir. Kamilin iş yoldaşları Pərvin bəy və Pərvin xanım uzun sürən eşq macərasından sonra yeni ailə qurublar. Həmçinin ofisdə Alov və Səlim kimi komik obrazlar da var. Polad meyvə satır və onun qonşuları Simuzər ilə İntiqam cütlüyü heç yola getmir. Cəmilin kafesində işçi Daşdəmir də Rənaya aşiqdir, amma Rəna onu sevmir. Dünyamalı və Gülmalı da kafedə işləyirlər. Sevdanın iş yoldaşı Qoşqar daim Afət xanımın ailəsinə qarışsa da heç kim ona məhəl qoymur.
"Qayınana" serialında Afət xanım və onun ailəsində mənfi obraz yoxdur. Ümumiyyətlə, film bir qədər komikdir. Amma bu heç də serialın səviyyəsini azaltmır. "Qayınana" komediya deyil, serialdır.
Film haqqında Filmin musiqisini bəstəkar Vüqar Camalzadə bəstəkar Tofiq Quliyevin rejissor Hüseyn Seyidzadənin "Qayınana"" filminə yazdığı musiqilərdən bəhrələnərək yazmışdır. Titrlərdə filmin adı "Qaynana" kimi gedir. Qrammatik cəhətdən "Qayınana" daha doğrudur. Lakin uzun müddət dillərdə bu kəlmə "ı" hərfi olmadan tələffüz edildiyindən ədəbiyyatımıza alternativ bir variant kimi daxil olmuşdur.
Filmin heyəti
Filmin üzərində işləyənlər Rejissor: Rüfət Şahbazov Aktyorlarla iş üzrə rejissor: Sənubər İsgəndərli Prodüser: Səbuhi Yusibli Baş ssenarist: Valeh Əhmədov Ssenari müəllifləri: Kənan Yusifov, Səbuhi Bayramov, Elvin Ağayev, Könül Mayılova, Azər Səlimli, Failə Nəbiyeva, Könül İsayeva Montaj rejissorları: Səbuhi Sadiqov, İslam Əliyev Köməkçi rejissor: Vüsal Məmmədov Dekorasiya üzrə quruluşçu rəssam: Xuraman Azəri Quruluşçu rəssam: Elnarə Qədirova Quruluşçu operator: Həmid Bağırov Operatorlar: Sahib Qurbanov, Bahadır Mehdiyev, Həmid Bağırov Kran operatoru: Bəxtiyar Abbasov Səs rejissoru: Elnur Yaquboğlu Geyim üzrə menecer: Nailə Əliyeva İnzibatçı: Azər Rzayev Rejissor assistenti: İlqar Abbasov Studiya rəhbəri: Ziya Məmmədov Bəstəkar: Vüqar Camalzadə Sözlər: Sevinc Şirin İfaçılar: Aysel İbrahimova, Ayaz Qasımov Musiqiçilər: Teymur Süleymanoğlu, Aydın Yəhyayev Qrim üzrə rəssamlar: Ülviyyə Əliyeva, Cəmilə Məmmədova
Aktyorlar Sənubər İsgəndərli — Afət xanımİsgəndərli, S. Nəsibə Zeynalovanın "Qaynana" möhürü: [Əməkdar artist Sənubər İsgəndərli ilə yeni çəkilən eyni adlı serial haqqında söhbət] //Həftə içi.- 2012.- 19 yanvar.- S. 8. Elnur Kərimov — KamilKərimov, E. "6-nın yerinə 9 desəm, aləm qarışar": [Gənc Tamaşaçılar Teatrının aktyoru, "Qaynana" serialından Kamil rolunun ifaçısı kimi tanınan Elnur Kərimovla müsahibə] /müsahibəni apardı Rəis Xəyalə //Kaspi.- 2012.- 1 noyabr.- S.11. Qorxmaz Əlilicanzadə — Ələsgər Tünzalə Əliyeva — Güleyşə Səbuhi Bayramov — Pərvin Şəlalə Quliyeva — Pərvin Naidə Orucova — Simuzər Elvin Ağayev — Lazım Tunay Əliyeva — Sevda Qoşqar Mövlazadə — Qoşqar Elnur Hüseynov — Daşdəmir Ədalət Əbdülqasımov — İntiqam Zülfüqar Hüseynli — İlqar Xanım Qafarova — Püstə nənə Vüsal Mustafayev — Cəmil Şəhla Əliqızı — Nigar Kənan Yusifov — Polad Asya Atakişiyeva — Rəna Sabir Məmmədov — Mayıl
Baş sponsor Azercell
İstinadlar
Həmçinin bax
Bacanaqlar
Xarici keçidlər Filmi izlə (1–24-cü seriyalar) Filmi izlə (25–100-cü seriyalar) Filmi izlə (101–155-ci seriyalar)
Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:2011-ci ilin Azərbaycan teleserialları Kateqoriya:2011-ci ilin komediya filmləri