Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev () — Azərbaycan ictimai-siyasi və dövlət xadimi.
Həyatı Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev 1939-cu il aprelin 1-də Naxçıvan MSSR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.
Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Plan Komitəsinin sədri — Baş nazirin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Ş. H. Xan-Babayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı
Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2009-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeni, 4 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni, 28 mart 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Əmək" ordeni, 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
Ailəli idi. İki övladı var.
13 yanvar tarixində vəfat edib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
İstinadlar
Mənbə "Azərbaycanda Kim Kimdir" Ensiklopedik məlumat kitabı.
Kateqoriya:Xaçmaz Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ordubad Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Ordubad Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikasının baş nazirləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar