Lindsey Lohan () — ABŞ aktrisası, model və musiqiçi.

Həyatı Lindsay Lohan 2 iyul 1986-cı ildə Nyu-York şəhərinin, Bronks bölgəsində dünyaya gəlib, ailənin ilk uşağıdır.13 yaşından bəri modellik karyerasına başlayıb. Toys "R" Us, Calvin Klein, Abercrombie kimi bir çox məşhur firmaların siması olub.60-dan çox reklam filmində rol alıb.1996-cı ildə "Another World" adlı serialda rol alıb. Aktrisalıqdan əlavə musiqi karyerasına da sahibdir.50 Cent, Timbaland, Snoop Dogg və Pharrell Williams kimi bir çox prodüserlərlə birgə, musiqi karyerasında yeniliklər edib. İlk dəfə işıq üzü görək albomu – "Speak" 2004-cü ildə yayımlanmışdır. Daha sonra ikinci albomu – "A Little More Personal (Raw)" 2005-ci ildə işıq üzü görüb. Rumors, Over, First, I Live for The Day Bossy kimi sinqlların ifaçısıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Uşaq aktyorlar