Çarli Şin (; əsl adı Karlos İrvin Esteves (, 3 sentyabr 1965, Nyu-York, ABŞ) — ABŞ aktyoru, aktyor Martin Şinin kiçik oğlu.
Çarli Şin karyerasının ilk illərində "Tağım", "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Sİti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə o, 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən qalmaqallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci il 7 martda CBS və Warner Bros. Television şirkəti tərəfindən serialdan qovulub. Amma buna baxmayaraq yenidən bir neçə filmə rol təklifi almışdır.
Seçilmiş filmoqrafiya Çox qorxulu kino 3 Çox qorxulu kino 4
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ aktivistləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar